Azedu.az

Şuşada Azərbaycan-Türkiyə universiteti yaradılsın- Türk professordan TƏKLİF

Universitetlər

Maraqlı

7 İyun 2021, 17:35
 Şuşada Azərbaycan-Türkiyə universiteti yaradılsın- Türk professordan TƏKLİF

Bu gün mediaturk.tv-nin efirində yayımlanan Kızıl alma verilişinə qonaq olan Türk Dünyası İnstitutu başqanı Bilgəhan Atsız Gökdağ Şuşada Azərbaycan-Türkiyə iş birliyi ilə universitet açılmasını təklif edib.

 

AzEdu.az xəbər verir ki, təklifdə deyilir:

 

"Könül istəyir ki, Şuşada Azərbaycan- Türkiyə Universiteti açılsın. Bu bizim arzumuzdur. Mən də buradan dilə gətirmək istədim. Bilirik ki, Qırğızıstanda Manas Universiteti və Qazaxıstanda Ahmet Yesevi Universiteti türk iş birliyi ilə artıq fəaliyyət göstərir. Şuşada da Azərbaycan-Türkiyə birliyini əks etdirən universitetin açılması həm ümumi türk dilinin inkişafına, həm də türk birliyinə müsbət təsir göstərəcək".

Ölkə bu xəbərlə SİLKƏLƏNİR: Baş nazirin GİZLİ MİLYONLARI ifşa edildi
SORĞU
Tələbələrin özlərinə ən yaxın və dəstəkçi hesab etdikləri rəhbərlər kimlərdir?
Səs ver
Son xəbərlərDaha çox