Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-02 13:43:00
Müəllimlər bu pedaqoji səriştələrə yiyələnməlidir-VACİB

Təlim metodlarının təsnifatı problemlərinə müxtəlif baxışlar mövcuddur və bunların hər birinin müsbət cəhətləri olduğu kimi, çatışmayan cəhətləri də vardır. Çox vaxt təsnifatlar yeni-yeni adlarla adlandırılsa da, əslində metodlar dəyişməz qalır. Metodların seçilməsi yalnız subyektiv amillərlə məhdudlaşmır, burada bir sıra obyektiv amillər də mövcuddur.

 

Müəllimlərin şəxsi keyfiyyətləri, peşə səriştəliliyi və pedaqoji ustalığı. Metodların seçiminə bilavasitə təsir edən bu amilləri nəzərə almadan təlimdə müvəffəqiyyət əldə etmək olduca çətindir. Yaddan çıxarmaq olmaz ki, metodlar nə qədər əlverişli, mövzu ilə müvafiq, seçim nə qədər operativ və səmərəli olsa da, müəllimin pedaoji ustalığı, metodik bacarıqları, peşəkarlıq və səriştəliliyindən çox asılıdır. Buna görə də müəllimin aşağıdakı bir sıra pedaqoji səriştələrə yiyələnməsini zəruri hesab edilir:

 

AzEdu.az həmin pedaqoji səriştələri təqdim edir:

 

1)Təlim metodlarının bütün qrupları,, onların mahiyyəti, məzmunu və xarakteri haqqında lazımi biliklərə malik olması

2) təlim metodlarından yerində istifadə edə bilmək bacarıqlarına yiyələnməsi,

3) müasir təlim texnologiyalarına və texnoloji biliklərə malik olması

4) çevik pedaqoji təfəkkürə malik olması və pedaqoji situasiyalarda əlverişli metodları tətbiq edə bilmək bacarığına yiyələnməsi

5) öz üzərində müntəzəm işləməklə təlim metodlarının tətbiqi sahəsində təcrübə və səriştəliliyini təkmilləşdirməsi

Mənbə:Məktəbəqədər və ibtidai təhsil –Elmi metodiki jurnal

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları