Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-05-29 16:51:00
Magistraturaya qəbulda ölkə birincisi:BANM-ın təhsili xarici universitetlərdən geri qalmır

 

“Tələbələr qarşılarına qoyduqları məqsədlərinə inansınlar və bu istiqamətdə addım atsınlar”.

 

 

Bu sözləri AzEdu.az-a açıqlamasında magistraturaya qəbulda ən yüksək nəticə göstərən Vüsal Kərimov deyib.

 

 

Gəlin, onu yaxından tanıyaq:

 

 

Vüsal 1999-cu ildə Bakıda anadan olub və 107 saylı tam orta məktəbi bitirib. Qəbul  imtahanında 662 bal toplayaraq yüksək nəticə əldə edib. Hazırda Bakı Ali Neft Məktəbinin  Neft-qaz mühəndisliyi ixtisasında 5-ci kursda təhsil alır.

 

 

Müsahibimiz magistraturaya hazırlıq prosesindən söz açıb:

 

 

“Magistraturaya hazırlaşmağımda seçdiyim kurs və müəllimlərimin əməyi böyük oldu, onların istiqamətləndirməsi və mütəmadi hazırlaşmağım ilə bu nəticəni əldə etdim”.

 

 

O, yüksək bal toplamaq istəyən tələbələrə səslənib:

 

 

“Məslətim odur ki, həmişə qarşılarına qoyduqları məqsədlərinə inansınlar və ona görə addım atsınlar.

 

 

Birinci şansda  88 bal toplamışdım, amma ikinci cəhddə 8 bal artıra bildim. Seçimim Bakı Ali Neft Məktəbinin Yataqların işlənməsi və idarə olunması ixtisası olacaq, çünki bu, oxuduğum ixtisasın sırf yönəlmək istədiyim qoludur. Onun tədrisində Bakı Ali Neft Məktəbinə rəqib görmürəm.

 

 

Xaricdə təhsil üçün cəhd etmədim, düşünürəm ki Bakı Ali Neft Məktəbi təhsilə görə digər xarici universitetlərdən geri qalmır”.

 

 

Vüsal gələcək hədəflərindən söz açıb:

 

 

“Gələcək hədəfim  ixtisasımı dərindən bilmək və bacardıqca hərtərəfli inkişaf etməkdir”.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları