https://www.zirve.edu.az/
15.07.2018 09:36
Rezidentura üçün ixtisas seçimi sabah başa çatır

İmtahanlarının II mərhələsindən də uğurla keçən namizədlərin ixtisas seçimi davam edir.

DİM-dən AzEdu.az-a verilən məlumata görə, müsabiqədə iştirak etmək hüququ qazanan namizədlərin qarşısında seçimini dəqiqləşdirmək və təsdiqləmək (rəsmiləşdirmək) vəzifəsi durur. Namizədlərə ixtisas seçimindən əvvəl həkim-mütəxəssis olmaq istədiyi sahə üzrə qısa araşdırma aparmağı, təhsil almaq istədiyi tibb müəssisələrinin tələbləri, maddi-texniki bazası, kadr potensialı, onların elmi fəaliyyət istiqamətləri və s. ilə tanış olmağı tövsiyə edirik. 

İxtisas seçimi iyulun 16-dək davam edəcək. Müsabiqə şərtini ödəyən namizədlər bu müddət ərzində elektron ərizələrinə daxil olaraq baza ali tibb təhsili üzrə uyğun (bitirdiyi fakültəyə müvafiq olan) ixtisasları  “Rezidentura” jurnalının 3-cü nömrəsində dərc olunan “Rezidenturaya qəbul aparılan ixtisaslar” bölümündən (səh. 5-7) seçib təsdiq etməlidirlər.

Qeyd edək ki, rezidenturaya qəbul imtahanı ikimərhələli keçirilir. Suallar birinci mərhələdə baza, ikincidə isə kliniki fənlər əsasında tərtib olunur. Bu ildən etibarən rezidenturaya məqsədli qəbul aparıldığına görə, DİM namizədlərə ixtisas seçimi zamanı  daha diqqətli olmağı tövsiyə edir.