https://www.zirve.edu.az/ http://unec.edu.az/unec-de-4-ilde-iki-diplom-udid-proqrami/
2021-05-21 14:45:00
Müəllim şagird münasibətinin dərs keyfiyyətinə təsiri-ARAŞDIRMA  

Araşdırmalara görə, müəllim və şagird münasibəti məktəb həyatında bir çox şeyə təsir edir.

 

AzEdu.az xəbər verir ki, məktəbdə qurulan sağlam ünsiyyət  uğurun ən böyük amillərindən biridir. İmtahan, məktəb stressi, məktəbə uyğunlaşma çətinliyinin aradan qaldırılması üçün şagirdlər həm ailəsi, həm də müəllimləri ilə yaxşı münasibətdə olmalıdır. Bu məsələdə təhsil işçilərinin üzərinə böyük iş düşür. Məktəbəqədər təhsildə aparılan bir araşdırmaya görə, bu dövr bütünlükdə təhsil həyatına təsir edir. Xüsusilə, məktəbəqədər təhsildə müəllim və şagird arasındakı münasibət, dərslərə və məktəbə qarşı yaranan stressin qarşısını alır.

 

Bu sahədə Oreqon Universitetində Bridget Hattfieldın apardığı araşdırmanın nəticələri də olduqca diqqətçəkicidir.

 

Hattfield və qrupunun apardığı araşdırma bu sahədəki ilk fundamental tədqiqatlardan biridir. Araşdırmanın nəticələrinə görə, müəllim-şagird münasibəti  dərsə qarşı sevgidən məktəbə getmək istəyinə qədər bir çox şeyə birbaşa təsir edir.

 

5 yaşdan aşağı uşaqların  61%-i  sinif mühitində təhsil aldığı üçün bu, birbaşa stresə səbəb ola bilir. Digər tərəfdən müəllimi ilə sağlam bir əlaqə qurmayan şagirdlərin akademik göstəricilərinin də aşağı olduğu müşahidə edilir.