https://www.zirve.edu.az/ #
2021-05-13 15:39:00
ABŞ-da oxumağın çox sadə yolları – Üstünlüklər, təqaüd və güzəştlər  

Amerikada  təhsil  almaq  demək  olar  ki, bütün  tələbələrin  xəyalıdır.  

 

Dil  biliyinin  artırılması, gələcəkdə  uğurlu  karyera  qurmaq  baxımından  təhsil  alanlar  tərəfindən  əlverişli  hesab  edilir.

 

AzEdu.az   xəbər  verir  ki, bunun  üçün  əsas  iki  yol  var.

 

Birincisi, birbaşa  bakalavr  təhsili  almaq  üçün  müraciət  edərək  dörd  il  sonra  universiteti  bitirib  diplomunuzu  ala  bilərsiniz.

 

İkincisi, ilk  olaraq  iki  illik  kollec  təhsili  almaq  üçün  qeydiyyatdan  keçirsiz.  Daha  sonra  növbəti  iki  ili  -  üçüncü  və  dördüncü  kursu  isə  istədiyiniz  bir  universitetə  müraciət  edərək  orada  tamamlayırsız.

 

Hər  iki  seçimdə  də  nəticə  olaraq  dörd  illik  bakalavr  diplomu  alırsınız.  Kolleclər Amerikada  ali  təhsil  üçün  ən  çox  seçilən  başlanğıc  formasıdır.

 

Birinci  kolleclərə  qəbul  olmaq  universitetə  nisbətən  asan  və  zəhmətsizdir. Bunun  üçün  əlavə  imtahanlar  tələb  edilmir.

 

Həm  də  kolleclər  dörd  illik universitetlərə  nisbətən  daha  qənaətlidir. İlk  iki  ilinizi  kollecdə  təhsil  alaraq çox  vacib  miqdarda  qənaət  etmiş  olarsız.

 

İki  illik  kolleclərdən  məzun  olan  şəxslər  Amerikadakı  universitetlərə  birbaşa  qəbul  edilirlər  və  təhsillərində  heç  bir  axsama  olmadan  rahat  şəkildə  davam  edə  bilirlər. Beləliklə təhsillərini  bitirdikləri  zaman  həm  kollecin, həm  də  universitetin  diplomunu  əldə  edə bilərsiniz.

 

Əgər  birbaşa  dörd  illik  universitetə  qəbul  olmaq  istəyirsinizsə  o  zaman  iki  imtahan  verməlisiniz: TOEFL  və  SAT. Bu  imtahanlarda  topladığınız  bal  və ümumi  ortalamanız  nəzərə  alınır. Bunun  üçün  ingilis  dili  səviyyəniz  bu  imtahanları  keçmək  üçün  yaxşı  səviyyədə  olmaldır.

 

Qəbul  imtahanı  stressinə  girməyinizə  ehtiyac  yoxdur

 

Amerikada  universitet  təhsili  almaq  üçün  yaşadığınız  ölkədə  qəbul  imtahanı  verməyinizə  ehtiyac  yoxdur. Bunun  üçün  attestat , bakalvr  diplomu  və  ümumi  ortalamanızla  istədiyiniz  universitet  və  fakültəni  seçə  bilərsiniz. Bu  zaman  qəbul  imtahanlarına  hazırlaşmaq  əvəzinə  dil  biliyinizi  inkişaf  etdirməyiniz  daha  məqsədəuyğun  olacaq. 

 

Amerikada  yaşayacaqsınız

 

Universitet  zamanı  Amerikada  yaşamaq  sizə  hər  baxımdan  çox  şey  qazandıracaq. Şəxsi  inkişafınızda, dünyaya  inteqrasiya  olmağınız, ətrafınızı  genişləndirməyiniz  və  gələcək  karyeranız  üçün  uğurlu  təməl  atmaq  baxımından  faydalı  olacaq.

 

Amerikada  kollec  təhsili

 

Amerikadakı  kolleclərin  təhsil  sistemi  Türkiyə  kollecləri  ilə  nisbətən  bənzərlik  təşkil  edir. Azərbaycana  nisbətən  isə  təhsil  keyfiyyəti  baxımından  olduqca  yüksəkdir, eyni  zamanda   diplomi  kifayət  qədər  dəyərləndirilir. Amerikada  təhsil  almaq  istəyən  şəxslər  ilk  olaraq  iki  il  kollecdə  təhsil  alır  daha sonra  isə  universitetə  transfer  olurlar. Bu  zaman  o  tələbələr  həmin  universitetin  məzunu  hesab  edilirlər.

 

Amerika  kolleclərində  keçirilən  dərslərin  əsas   məqsədi  tələbələri  ixtisasların  uyğun  şəkildə  gələcək  iş  həyatlarına  hazırlamaqdır. Eyni  zamanda  dörd  illik  universitet  təhsilinə  nisbətən  maddi  baxımdan  daha  uyğundur. Eyni  zamanda   qəbul  şərtləri  universitetlərə  nisbətən  daha  sadədir.

 

Bu  səbəblə  hər  il  minlərlə  şəxs  Amerikada  təhsil  üçün  ilk  olaraq  kollecləri  seçir.

 

Qeyd  edək  ki, Amerikada  təhsil, orada  yerləşən  universitet  və  kolleclərlə  bağlı  daha  ətraflı  məlumat  almaq  üçün  buraya  daxil  ola  bilərsiniz.