Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-05-04 16:07:00
Bakı Mühəndislik Universitetinin müəllimi vəfat etdi  

Bakı Mühəndislik Universitetinin Fizika kafedrasının müdiri, professor Baba Qasımov vəfat edib.

 

AzEdu.az xəbər verir ki, bu barədə Modern.az-a mərhumun həmkarları məlumat veriblər.



Baba Qasımov Moskva Dövlət Universitetinin Fizika fakultəsini bitirmişdi. O, əvvəllər Bakı Dövlət Universitetində aparıcı elmi işçi, Təhsil Nazirliyində Elm idarəsinin rəis müavini, Analiz və proqnoz şöbəsinin müdiri vəzifələrində çalışıb. Daha sonra "Project Harmony" Təşkilatında təhsil koordinatoru olub.



2007-ci ildən Bakı Mühəndislik İnstitununda çalışırdı.

 

Allah rəhmət eləsin...