Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-05-09 14:00:00
“Builki qəbul imtahanlarında 700 bal toplayan abituriyentlər olacaq”-Pozitiv proqnoz

Bu gün Dövlət İmtahan Mərkəzi  tərəfindən 11-ci sinif şagirdləri üçün təşkil olunan buraxılış imtahanları yekunlaşdı. İmtahan 6  dəfə fərqli vaxtlarda paytaxtda və bölgələrdə təşkil olundu. AzEdu.az Global Teacher Prize beynəlxalq müəllim mükafatının qalibi, gənc müəllim Məhəmməd Qarakişiyevin imtahanla bağlı fikirlərini təqdim edir:

 “Düşünürəm ki, bu il 11-ci siniflər üçün keçirilən buraxılış imtahanı çox şəffaf şəkildə təşkil olundu. İmtahana ingilis dili fənni üzrə qrammatikadan salınan suallar olduqca asan idi. Sosial şəbəkələrdə bəzi abituriyentlər mətnin nisbətən çətin olduğunu və xeyli vaxt apardığını bildirdilər, lakin eyni mətn də hər imtahana salına bilməz”.

 

O, pandemiyanın abituriyentlərin nəticələrinə müsbət təsir etməli olduğunu da qeyd etdi:

 

“Bu zaman abituriyentin hazırlıq müddətidə öyrəndiyi söz bazası onun köməyinə gəlir. Məhz bu səbəbdən abituriyent hər gün ingilis dilindən müxtəlif mətnlər dinləməli, sözlər öyrənməlidir. Əslində pandemiya şəraiti abituriyentlərə daha çox evdə vaxt keçirməyə imkan yaratdı və bununla da onlar onlayn hazırlıqlara qatılaraq məktəbə getmədən ancaq imtahana hazırlaşa bildilər”.

 

“700 bal toplayan abituriyentlər olacaq”

 

“Ətrafımda olan abituriyentlərin çoxu imtahana salınan suallardan razılıq etdilər. Bu il də yüksək bal toplayan abituriyentlərin çox olacağını gözləyirəm. Hələki buraxılış imtahanının nəticələri açıqlanmayıb, qəbulla birlikdə 700 bal toplaya biləcəklər. Düşünürəm ki, qəbul imtahanına salınan suallar da bu çətinlikdə olsa 700 bal toplayan abituriyentlər olacaq”.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları