Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-11 12:03:00
Qəbul imtahanlarında gözlənilməz dəyişikliklər – Artıq bütün rezidentlər...  

2018-2019-cu tədris ili üçün rezidenturaya qəbul planı ümumilikdə, 332 yerdən ibarətdir.

Onlardan 32-i Hərbi tibb fakültəsinin məzunları üçün nəzərdə tutulub.

AzEdu.az DİM-ə istinadən xəbər verir ki, hazırda rezidentura təhsili Azərbaycan vətəndaşları üçün dövlət sifarişi, əcnəbilər və vətəndaşlığı olmayanlar üçün isə ödənişli əsaslarla həyata keçirilir. Təhsil forması yalnız əyanidir. Tədris Azərbaycan dilində aparılır. Müsabiqə Azərbaycan və rus bölmələri ilə birgə həyata keçirilir.

Bu il rezidenturaya qəbul imtahanlarında müəyyən dəyişikliklər edilib. Belə ki, artıq bölgələrdəki kadr ehtiyacını nəzərə alaraq rezidenturaya məqsədli qəbul aparılır. Məqsədli qəbul aparılan ixtisasların qarşısında müvafiq bölgə və tibb müəssisəsinin adı qeyd olunub. Bu ixtisaslara qəbul olunan namizədlər kliniki bazada təhsil aldıqdan sonra onlara həmin ixtisas üzrə aid edildiyi tibb müəssisəsinə təyinat verilir. Onlar rezidentura təhsilini başa vurduqdan sonra 3 il müddətində təyinat aldıqları yerdə çalışmalıdırlar.  DİM bunu əsas gətirərək, rezidentləri ixtisas seçimində diqqətli olmağa çağırıb.

Eyni zamanda bölgələrdə çalışan, rezidentura təhsili almaq istəyən həkimlərin istəyi nəzərə alınaraq kliniki bazalar siyahısına Gəncə şəhəri Abbas Səhhət adına 1 nömrəli şəhər xəstəxanası da daxil edilib.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları