Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-23 15:34:00
Xaricdə alınan distant təhsilin diplomları bizdə keçərli olacaq? -TƏHLİL

"Ali  təhsil  haqqında" qanun  layihəsinin  ilkin  versiyasında  distant  təhsilin  ali  təhsil  formalarından  biri  kimi  qəbul  edilməsi  təklif  edilib.

 

Bu  məsələ  öz  növbəsində  bir  neçə  mövzunun  həllinə  də  diqqət  çəkir. Bu  mövzulardan  demək  olar  ki, ən  başlıcası  isə  xarici  universitetlərdə  distant  təhsil  alan  şəxslərin   diplomlarının  ölkəmizdə  tanınmamasıdır. Buna baxmayaraq  yeni  təklif  edilən  qanun  layihəsində  bu  mövzunun  həlli  ilə  bağlı  hər  hansı  bir  addıma  rast  gəlmirik.

 

Bəs  ölkəmizdə  distant  təhsil  ali  təhsil  formalarından  biri  kimi  qəbul  edilərsə  bu  məsələ öz  həllini  tapa  bilərmi?

 

AzEdu.az   mövzu  ilə  bağlı  Milli  Məclisin  Elm  və  Təhsil  Komitəsinin  üzvü  Ceyhun  Məmmədov  bu  adımı  mühüm  yenilik  kimi  qiymətl’ndirdiyini  bildirib:

 

“Çünki  bu  günə  kimi bu  təhsil  formasının  hüquqi  bazası  yox  idi, artıq  qanunda  əsasını  tapmaqla  hüquqi  baza  formalaşmış  olur. Bu  baxımdan  hesab  edirəm  ki, bu  çox  mühüm  məsələdir. Distant  təhsil  kifayət  qədər  mürəkkəb  bir  prosesdir. Hesab  edirəm  ki, bu  barədə  biz  ciddi  şəkildə  düşünməliyik”.

 

O, bu  addımın  distant  təhsil  diplomlarının  tanımasına  təsir  göstərəcəyini  bildirib:

 

“Qanunvericilikdə  distant  təhsil  rəsmi  olaraq  təhsilin  bir  forması  kimi  qəbul  ediləcəyi  təqdirdə  düşünürəm  ki, bu, xarici  universitetləri  distant  şəkildə  bitirən  məzunların  diplomlarının  tanınması  məsələsinə  də  öz  təsirini  göstərəcək. Yəni  dünyada  sırf  distant  təhsil  verən  universitetlər  var. Artıq  bizim  də  bu  mövzuda  ciddi  düşünməyimizə  zərurət  yaranır. Hesab  edirəm  ki, bu  mövzuda  sırf  qanun  yaxud  Təhsil  Nazirliyinə  bağlı  olmayana  məsələlər  də  var. Yəni  hər  hansı  bir  tələbə  xaricdə  distant  təhsil  alırsa  təhsil  aldığı  ölkənin  dilini  bilməlidir. Məsələn, necə  ola  bilər  ki, bir  insan  Ukraynada  bu  ölkənin  dilini  bilmədən  təhsil  alsın”.

 

Son  olaraq  deputat, növbəti  mərhlədə  diplomların  təsdiqi  məsələsinin  aydınlaşdırılacağını  bildirib:

 

“Nostrifikasiya  ilə  bağlı  məsələlərdə  bir  çox  məqamlar  var  və  bunların  hamısı  heç  də  sırf  distant  təhsil  ilə  bağlı  məsələlər  deyil. Qanunvercilikdə  distant  təhsil  ilə  bağlı  məsələlər  öz  əksini  artıq  tapır. Hesab  edirəm  ki, növbəti  mərhələdə  ümumi olaraq  diplomların  təsdiqi  məsələsinə  öz  tövhəsini  verəcək.

 

Bakı  Mühəndislik  Universitetinin  prorektoru, ali  təhsil  üzrə  ekspert  Elçin  Süleymanov  distant  təhsillə  bağlı  atılan  adımın  gözlənilən  olduğunu  bildirib:

 

“Təbii  ki, bu  məsələ  gözlənilən  və  zamanın  tələbi  idi. Xüsusilə  bu  məsələnin  reallaşmasına  pandemiya  kömək  etdi  deyə  bilərik. Pandemiya  vaxtı  distant  təhsilə  keçildi  və  bu,  distant  təhsilin  artıq  qanunla  ali  təhsil  formalarından  biri  kimi  qəbul  edilməsini  zəruri  etdi”.

 

Prorektor  distant  məzunların  diplomlarının  tanınması  məsələsinə  fərqli  istiqamətdən  yanaşıb:

 

“Xarici  universitetlərdən  distant  alınan  diplomların  tanınması  məsələsində  yanaşmalar  müxtəlifdir. Bu  təhsil  yolu  ilə  alınsın  diplomu  tanımayan  bir  çox  ölkə  var. Məsələn  qardaş  Türkiyə  də  xaricdə  distant  olaraq  alınan  diplomu  tanımır. Burada  əsas  məsələ, xarici  tədrisdə   əyani  metodda  təhsili  stimullaşdırmaqdır. Çünki  onlayn  tədris  heç  vaxt  ənənəvi  təhsilin  yerini  vermir. Ona  görə  bu  qərar başadüşüləndir”.

 

Qeyd  edək  ki, bir  neçə  gün  öncə  "Ali  təhsil  haqqında" qanun  layihəsinin  ilkin  versiyası  təqdim  edilib.