Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-24 13:38:00
 “Repetitorlar olmasa yüksək nəticə əldə edən şagirdlər az olar”-Təhsil eksperti

“Xarici təcrübədən görmək olar ki, bir şagird və ya tələbə verilən təhsili bəyənmirsə özəl universitetlərə və ya məktəblərə üz tutur.Bunu həmçinin yüksək maaş üçün özəl sahəyə gedən savadlı müəllim və həkimlərə də aid etmək olar.Buna təhsildə rəqabətdə demək olar”.

Bu fikirləri AzEdu.az-a açıqlamasında İngilis dili fənni ürə çağdaş vəsaitlərin müəllifi, təhsil eksperti Raqif  Mərdanov  bildirib. O, dərs vəsaitlərinin qəbul imtahanı proqramını tam əhatə etmədiyini də qeyd etdi:

 

 “Repetitorluğun Azərbaycanda geniş yayılmasının səbəbləri çoxdur. İndiyə kimi kitablar bir neçə dəfə dəyişilib. Düşünürəm ki hələ də tam formalaşmayan kitablar uşaqlar üçün maraqlı deyil. Milli kurikulum 10 ildən çoxdur ki, qəbul edilməyinə baxmayaraq birinci məzmun xəttinə aid standartlarda olan bacarıqlar şagirdlərə tam aşılanmayıb. Dövlət İmtahan Mərkəzi dinləyib-anlama bacarıqlarını imtahan etməyə başlayandan sonra məktəblərdə ciddi şəkildə dinləmə etməyə başladılar.Son üç ilə qədər məktəb kitablarının nə diski olub, nə də qulaq asmaqa bir link”.

 

Təhsil eksperti müəllimlərin işə qəbul müsabiqəsində yeniliklərin labüdlüyünü vurğuladı:

 

“Məktəblərimizdə savadlı müəllimlər az deyil. Bu müəllimlərin bir qismi az dərs saatı götürür, fərdi təhsilə üstünlük verir, bir qismi isə təmamilə məktəbdən uzaqlaşır. Təəssüflər olsun ki, məktəblərdə təhsil tələblərinə cavab verməyən müəllimlər də var.İngilis dili müəllimləri də işə qəbul edilərkən dinləmə imtahanından keçməlidirlər. İmtahan sistemi yenidən hazırlanmalıdır. Bu sahədə uğur qazanan bir müəllim kimi deyə bilərəmki repetitorlar olmasa yüksək nəticə əldə edən şagirdlər az olar”.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları