Azedu.az

Tanınmış fransalı jurnalist UFAZ-da olub  

Ali təhsil

10 İyul 2018, 16:20
Tanınmış fransalı jurnalist UFAZ-da olub  

Fransanın Azərbaycandakı səfirliyinin dəvəti ilə Bakıda səfərdə olan tanınmış fransalı jurnalist Alain Roumestand Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız universitetində (UFAZ) olub.

AzEdu.az xəbər verir ki, əvvəlcə qonağı UFAZ-ın binası, auditoriyaları, laboratoriya və maddi-texniki bazası ilə tanış edən UFAZ-ın direktoru, dosent Vazeh Əsgərov universitetdə aparılan təhsil ilə bağlı ətraflı məlumat verib. Daha sonra A.Roumestand UFAZ-ın baş katibi Şarlot Payen ilə "Azərbaycan cəmiyyətində qadınlar" mövzusunda müsahibə edib.

 

Moskvaya kütləvi hücum aeroportlar bağlandı
Son xəbərlərDaha çox