Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-21 11:00:00
Distant  təhsil  alan məzunların  diplomları tanınmalıdır” - Rektor Ədalət Muradov

 

“Coursera, Udemy, EDX   kimi  kütləvi  açıq  onlayn  kurslar  var. Bu  kurslar  inkişaf  etmiş  ölkələrin  aparıcı  universitetlərinə  aiddir  və  onların  milli  ali  təhsil  sisteminə  ciddi  təzyiqləri  artmaqdadır”.

 

AzEdu.az  xəbər  verir  ki, bunu  UNEC  rektoru  Ədalət  Muradov  Bakı  Ali  Neft  Məktəbinin  təşkilatçılığı  ilə keçirilən  “Post COVİD  müddətində  Ali  təhsil  və  Tədqiqat” mövzusunda  seminarda  qeyd  edib.

 

Rektor, onlayn  kurslar  və  distant  təhsil  diplomlarının  tanınması  məsələsinə  diqqət  çəkib:

 

“Etiraf  etməliyik  ki,  bu  kurslar  rəqabət  qabiliyyətlidir   və  asinxron  olduğu  üçün  ucuzdur. Nə  etməli?  Bu  kursları  ləğv   etməli,  yoxsa  tanımamalımı?  Heç  biri  doğru  deyil. Doğru  olan  həmin  kursların  ən  qısa  zamanda  milli  ali  təhsil  sisteminə  inteqrasiyası  və  eləcə  də  distant  təhsil  məzunlarının  diplomlarının  tanınması  məsələsinə  aydınlığın  gətirilməsidir. Bu  zaman  nəzərə  alınması  vacib  olan  məsələlərdən  biri  də  ondan  ibarətdir  ki, təhsil  təkcə  vətəndaşı, fərdi  deyil, həm  də  milləti  formalaşdırır. Eləcə  də  kurslarla  bağlı  qəbul  edilmiş  qərarlar  gənclərin  xaricdə  distant  təhsil  almaq  istəklərinə  mane  olmamalıdır”.

 

O, bu  məsələnin  çox  ciddi  olduğunu  və  təhsilverənlər, təhsilalanlar, yerli  ali  təhsil  müəssisələri, xarici  universitetlər  arasında  balans  problemi  oldunu  qeyd  edib.