Azedu.az

Təhsil Nazirliyi jurnalistlər üçün  tam fərqli müsabiqə keçirəcək

19 Aprel 2021, 12:57
Təhsil Nazirliyi jurnalistlər üçün  tam fərqli müsabiqə keçirəcək

 

Təhsil Nazirliyinin təşkilatçılığı ilə media nümayəndələri arasında “Qalib müəllim” videohekayə müsabiqəsinə start verilir.

 

AzEdu.az-ın məlumatına görə, 19 aprel-28 may tarixlərini əhatə edən müsabiqənin keçirilməsində məqsəd 44 günlük Vətən müharibəsində iştirak edən, eyni zamanda qalib əsgərin formalaşmasında rolu olan Azərbaycan müəllimlərinin tanıdılmasıdır.

 

Müsabiqə aşağıdakı başlıqlar üzrə keçirilir:

“Qalib əsgərin müəllimi” - şagird və tələbələri vətənpərvər ruhda yetişdirən Azərbaycan müəllimi haqqında videooçerk;

“Ön cəbhədə döyüşən müəllim” - Vətən müharibəsində iştirak etmiş əsgər, qazi və şəhid olan müəllimlərin həyat hekayəsi;

 

 

Müsabiqə üzrə tələblər aşağıdakılardır:

Müsabiqədə ölkəmizdəki media qurumlarının nümayəndələri iştirak edə bilər;

Müsabiqəyə göndərilən video 2 dəqiqədən artıq olmamalıdır;

İştirakçı özü haqqında zəruri məlumatları (adı, soyadı, yaşı, yaşadığı şəhərin (rayonun adı), təmsil etdiyi media qurumunun adı və tutduğu vəzifə, əlaqə telefonu) daxil etməklə hazırlanmış videonu 21 may 2021-ci il tarixinədək  [email protected]  elektron ünvanına  göndərməlidir;

Hər iştirakçı bir videohekayə göndərə bilər;

Müsabiqəyə təqdim olunan videohekayələr “Qalib müəllim” ön sözü ilə başlamalıdır.

 

 

Müsabiqənin yekununda videohekayələr Təşkilat Komitəsi tərəfindən dəyərləndiriləcək və qaliblər müəyyən olunaraq təltif ediləcəklər.

Distant təhsil xərcləri azaltmaq üçün atılan addımdır?
Son xəbərlərDaha çox