Azedu.az

AzTU tələbələri Bakı dərin özüllər zavodunda infoturda  

13 Aprel 2021, 13:23
AzTU tələbələri Bakı dərin özüllər zavodunda infoturda  

Azərbaycan Texniki Universitetinin (AzTU) metallurgiya və materialşünaslıq fakültəsinin  IV kurs tələbələri universitetin əməkdaşları ilə birgə Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda infoturda iştirak edib.

 

5 saat davam edən infoturda iştirakçılar zavodun mütəxəssislərinin müşayiəti ilə dərin dəniz özüllərinin layihələndirilməsi, hazırlanması, quraşdırılması, suya buraxılması, təyinat yerinə nəqli, layihə nöqtəsinə qoyulması, dayaqların bərkidilməsi və istismara buraxılması prosesləri  ilə yaxından tanış olub, iş mühitini izləyiblər.

 

Qeyd olunub ki, hər bir tələbə təqaüdlü təcrübə proqramında iştirak edə və daxili müsahibə əsasında zavodda işlə təmin oluna bilər.

 

 
 
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə
Son xəbərlərDaha çox