Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-13 11:36:00
Buraxılış imtahanlarına ümumilikdə 115 bina, 2001 zal ayrılıb  

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən şəhər və rayonlarda keçiriləcək buraxılış imtahanlarında ümumilikdə 115 imtahan binası, 2001 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 115 ümumi imtahan rəhbəri, 334 imtahan rəhbəri, 2490 nəzarətçi-müəllim, 230 buraxılışı rejimi əməkdaşı (mühafizə), 115 bina nümayəndəsi ayrılıb.

 

DİM-dən AzEdu.az-a verilən məlumata görə, aprelin 15-də və 16-da DİM tərəfindən respublikanın 25 şəhər və rayonunda tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçiriləcək. İmtahanlar saat 11:00-da başlanır. Saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.