Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-12 12:25:00
MİQ müsabiqəsinin müsahibə mərhələsi üçün elektron sənəd qəbulu başlayır  

Aprelin 13-dən 2020-2021-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin növbəti müsahibə mərhələsi üçün elektron sənəd qəbuluna başlanılacaq.

Təhsil Nazirliyindən  bildirilib ki, namizədlər aprelin 13-dən şəxsi səhifələrinə daxil olaraq onlayn müsahibələrdə iştirak üçün hazırlanmış təlimatla tanış ola bilərlər. Daha sonra müsahibə linkinin göndəriləcəyi elektron poçt ünvanları müvafiq xanaya yazılmaqla iştirak təsdiq edilməlidir.

Elektron sənəd qəbulu üçün son müraciət tarixi aprelin 14-ü saat 23:59-dur. Namizədlərin məlumatları yoxlanıldıqdan sonra şəxsi səhifələrinə müvafiq məlumat göndəriləcək.

Qeyd edək ki, müsahibələr “Microsoft Teams” platforması üzərindən həyata keçiriləcək.

Cari müsahibələr başa çatdıqdan sonra apellyasiya prosesinin təşkili nəzərdə tutulur.