Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-05 16:08:00
Kanada təhsilinin inkişaf sirri – Məcburiyyət və qadağalar

 

Dünyanın  ən  yaxşı  təhsil  sistemlərinə  sahib  olan  ölkələr  arasında  Kanada  lider  ölkələrdən  hesab  edilir.

 

Bu  ölkə  hər  keçən  il inkişaf  edən  məktəbləri  sayəsində   daima  dünyanın  diqqət  mərkəzində  olmağı  bacarır.

 

AzEdu.az   bir  növ  Azərbaycan  təhsil  sistemini  xatırladan  Kanada  təhsil  sistemini  təqdim  edir.

 

Güclü və yaxşı  maliyyələşdirilmiş  bir təhsil  sisteminə  sahib  olan  Kanadada, təhsil və təlim fəaliyyətləri  əyalətlər arasında  fərqli  şəkildə  tənzimlənir. Bununla  yanaşı  təhsil  sisteminin  keyfiyyətli  olması  dünyanın  dörd  bir  yanından  tələbələrin  buraya  axınına  səbəb  olur. Ölkədə  məcburi  olmamasına  rəğmən  bir  çox  şagirdin  məktəbəqədər  təhsil  almasını  Kanada  təhsil  sisteminin  keyfiyyət  və  uğuruna  nümunə  göstərmək  olar.

 

Ölkədə  hər  kəsin  16  yaşına  kimi  məktəbə  getməsi  məcburidir. Ancaq  bu  məcburiyyət  əyalətlərə  görə  dəyişə  bilir.

 

Məcburi  təhsil  müddəti  Kanada  3  pilləyə  ayrılır:

 

  • Birincil (İbtidai təhsil)
  • İkincil (ümumi – orta və  tam  orta  təhsil)
  • Orta təhsildən  sonra (universitet  yaxud  kollec)

 

Kanadada  ibtidai  təhsil  5  il  davam  edir

 

Azərbaycanda  ibtidai  təhsil  olaraq  adlandırılan  təhsil  pilləsidir.Bu  təhsil  pilləsinə  şagirdlər  adətən  6  yaşlarında  başlayır  və  11 yaşlarında  bitirirlər. Təhsilin  bu  pilləsində  şagirdlər  öz  yaşıdları  ilə  birlikdə  bütün  dərsləri  sadəcə  bir  müəllim  vasitəsi  ilə  öyrənirlər. Bununla  yanaşı  şagirdlərə  dərsdən  əlavə  hazırlıqlar  və  müxtəlif  öyrənim  metodları  da  keçilir. Bu  təhsil  pilləsində  tədris  planı: oxu, ingilis  dili, tarix, elm, musiqi, bədən  tərbiyəsi, incəsənət  kimi  fənlərdən  ibarətdir. Şagirdlər  yuxarı  sinfə  keçdikcə  dərslər  çətinləşir.

 

Bəzi  əyalətlərdə  şagirdlər  18  yaşına  kimi  məktəbə  getməyə  və  attestat  almağa  məcburdurlar

 

Kanada  təhsil  sistemində  ümumi – orta  və  tam  orta  təhsil  pilləsi  digər  ölkələrdən  fərqli  olaraq  Azərbaycanda  olduğu  kimi  eyni  məktəbdə  keçilir. Şagirdlər  ümumi – orta  təhsil  pilləsini  bitirdikdən  sonra  4  il  müddətində  tam  orta  təhsil  pilləsinə  keçid  edirlər. Şagirdlər  bu  pillədə  hansı  sinifdə  oxumağından  asılı  olmayaraq  qaydalara  uyğun  şəkildə  16  yaşlarına  kimi  məktəbə  gəlməyə  məcburdurlar. Ancaq  Ontario  və  New  Brunswik  əyalətlərində  məcburi  təhsil  18  yaşa  kimi  davam  edir  və  şagirdlər  attestat  almağa  məcburdurlar.

 

Kanada  təhsil  sistemi  əyalətlər  tərəfindən  maliyyələşdirilir  və  tələbələrə  əlverişli  şərait  yaradılır

 

Kanadada  tam  orta  təhsil  pilləsini  bitirdikdən  sonra  şagirdlər  universitet  və  kolleclərə  müraciət  edə  bilərlər. Bu  ölkədə  kolleclər  kiçik  ticarət  yaxud  peşə  təhsil  müəssisələrinin  nəzdində  fəaliyyət  göstərir. Universitetlər  isə  bakalavriat   pilləsindən  başlayaraq  magistratura  və  son  olaraq  doktorantura  pilləsinə  kimi  tədrisi  davam  etdirir. Bu  cəhətdən  də  Azərbaycan  ali  təhsil  sistemini  xatırladan  Kanada  təhsil  sistemi  əsasən  əyalətlər  tərəfindən  maliyyələşdirilir. Kanada  universitetlərində  tədris  ili  iki  semestrə  bölünməklə  sentyabr  və  may  ayları  arasında  davam  edir. Yay  aylarında  isə  kəsri  olan  tələbələrə  ayrıca  dərslər  keçirilir  və  beləliklə  onlar  üçün  il  üç  semestrə  bölünmüş  olur. Tələbələrin  ixtisaslarla  bağlı  məlumatlı  olmaları  və  özlərinə  ən  uyğun  hesab  etdikləri  ixtisası  kəşf  edə  bilmələri  üçün  təcrübə  proqramları  həyata  keçirilir. Universitetin  birinci  kursundan  etibarən  tələbələr  müxtəlif  kurslara  cəlb  edilirlər.

 

Kanadada  təhsili  davam  etdirmək  üçün  iki  dil  bilmək  vacibdir

 

Təhsil  həyatlarına  Kanadada  başlamaq   yaxud  burada  davam  etdirmək  istəyən  tələbələr  ingilis  və  fransız  dillərini  öyrənə  bilərlər. Bəzi  məktəblər  hər  iki  dil  ilə bəziləri  isə  sadəcə  bir  dil  ilə  tədris  həyata  keçirir. Bununla  yanaşı  Kanadada  tələbələr  təhsillərinə  davam  edə  bilmək  üçün  hər  iki  dildə  də  sərbəst  danışmalıdırlar.

 

Kanadada  əksər  məktəblər  tədrisi  ingilis  dilində  aparır. Ancaq  burada  tədrisi  fransız  dilində  aparan  məktəblər  də  mövcuddur. Ölkədə  hər  kəsə  aşağı  yaşdan  etibarən  həm  ingilis, həm  də  fransız  dili  öyrədilir.

 

Valideynlərin  əksəriyyəti  özəl  məktəblərdən  çox  dövlət  məktəblərinə  üstünlük  verir

 

Dünyanın  hər  yerində  olduğu  kimi  Kanadada  özəl  təhsil  müəssisələri  mövcuddur. Ancaq  özəl  təhsil  müəssisələrinin  ödəniş  tələbi  yüksək  olduğundan  əksər  ailələr  övladlarının  təhsili  üçün  dövlət  müəssisələrini  seçir. Bəzi  ailələr  isə  övladının  daha  yaxşı  təhsil  alması  üçün  az  şagirdin  olması  səbəbi  ilə  özəl  təhsil  müəssisələrini  üstün  tutur. (okul.com.tr)