https://www.zirve.edu.az/ http://unec.edu.az/unec-de-4-ilde-iki-diplom-udid-proqrami/
2021-04-01 09:47:00
Oğlan abituriyentlərin  nəzərinə-Bu halda qəbul imtahanında iştirak edə bilməyəcəksiniz (RƏSMİ)

2020-ci ildə qəbul imtahanında iştirak edib imtahandan kəsilən və 18 yaşı 2021-ci ildə tamam olan oğlanlar qəbul imtahanında iştirak edə biləcəkmi?

 

AzEdu.az DİM-ə istinadən xəbər verir ki,  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq təlimatına əsasən iyul ayının 31-dək 18 yaşı tamam olan gənclər ali təhsil müəssisələrinə qəbul imtahanında iştirak etmək üçün möhlət əldə etməlidirlər. Möhlət əldə etmiş şəxslər barədə məlumatlar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin elektron məlumat bazasına daxil olunmalıdır. Məlumat bazaya daxil olunduqdan sonra abituriyent ərizəsini özü təsdiq etməlidir.

 

 

Xatırladaq ki, 2021-ci ilin iyul ayının 31-i və ondan sonrakı tarixdə 18 yaşı tamam olan gənclərdən qəbul imtahanında iştirak üçün möhlət tələb olunmur.