Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-30 10:36:00
Atatürkün oxuduğu məktəblər - dini dərslər, ədəbiyyat sevdası - RUBRİKA

 

 

AzEdu.az  yeni  rubrikaya start verir.  Bu rubrikamızda Azərbaycan və dünya məşhurlarının   orta məktəb həyatı ilə bağlı  məlumatları təqdim edirik.

 

Rubrikamızda ilk olaraq  Türkiyə Cümhuriyyətinin qurucusu, Türkiyə dövlət, hərbi və siyasi xadimi Qazi Mustafa Kamal Atatürkdür.

 

Mustafa Kamal Atatürkün təhsil həyatı   çtədqiqatçılar tərəfindən maraqla araşdırılan  mövzulardandır.

 

Atatürkün yeniyetmə və gənc yaşlarında bir çox məktəbdə təhsil alıb.   

 

Mustafa Kamal ilk  təhsilini  Selanikdə məhəllə məktəbində alıb. O dövr üçün ənənəvi təhsil verilən məktəbə Atatürk anasının istəyi ilə gedib.  Burada bir neçə həftə oxuyub və bəzi dini dərslər alıb.

 

Daha sonra təhsilini  Selanikdə Şəmsi Əfəndi məktəbində davam etdirib.  Əsasən, Qərb təhsil- sistemin tədris edildiyi  məktəbə atasının istəyi ilə daxil olur.  Orada oxuduğu dövr ərzində atası vəfat edir.

 

Daha sonra Selanik Mülkiyyə Rüşdiyyəsində təhsil alır. O dövrdə məmur olmaq istəyənlər həmin təhsil müəssisinə gedirdilər.

 

Atatürk uşaq yaşlarından əsgər olmaq istəyir. Qonşusunu hərbi formada gördükdən sonra, əsgər olmağa qərar verir və  təhsilini  Selanik Əsgəri Rüştiyəsində davam etdirir. Burada müəllimi tərəfindən Kamal adını alır.

 

Daha sonra Makedoniyada Manastır Askerî İdadisində təhsilini davam etdirir.  Doğulub böyüdüyü şəhərdən ilk dəfə uzaq düşən Atatürk, burada  Ömər Naci ilə tanış olur. Ədəbiyyatla maraqlanır, xarici dil öyrənməyə başlayır.

 

Sonradan İstanbul Hərb Məktəbində təhsilini davam etdirən Atatürk buradan leytenant rütbəsilə məzun olur.

 

Son olaraq, İstanbul Akademiyasında Atatürk yüzbaşı rütbəsilə təhsilini tamamlayır.