Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-18 15:17:00
Təhsil İnstitutunda ixtisasartırma təlimlərinin yekun qiymətləndirilməsi keçirildi

Təhsil İnstitutu tərəfindən “Həyat bilgisi fənninin tədrisi metodikası” mövzusunda ixtisasartırma təlimlərinin yekun qiymətləndirilməsi keçirilib.

 

İnstitutdan AzEdu.az-a bildirilib ki, “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil olunan qiymətləndirmə zamanı müdavimlər təlimlərdə keçilmiş mövzulara uyğun test tapşırıqlarını cavablandırıblar.

 

Ümumilikdə 203 müdavimdən 195-i qiymətləndirmədə iştirak edib.

Qiymətləndirmə prosesi bitdikdən dərhal sonra iştirakçılara nəticələrini əldə etmə imkanı verilib. Qiymətləndirmədə iştirak edən müdavimlərə nəticələrinin əks olunduğu sertifikatlar təqdim ediləcək.