Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-01 14:52:00
  Bağlanan məktəblər, təxirə salınan dərslər, COVID-19 təhlükəsi – Təhsil icmalı

 

 

AzEdu.az ötən həftənin təhsil icmalını təqdim edir:

 

Yola saldığımız həftədə 22-28 fevralda təhsil sahəsində nələrin baş verdiyinə qısa nəzər salaq:

 

Azərbaycanda 5 məktəb koronavirusa görə bağlandı

 

Təhsil Nazirliyindən məlumat verilib ki, fevralın 22-dək distant təhsilə keçən siniflərin sayı 84, məktəblərin sayı 4 olub. 

 

Distant təhsilə keçən  təhsil müəssisələri Respublika İncəsənət Gimnaziyası, Bakı şəhəri 82 nömrəli, Gəncə şəhəri 37 nömrəli və Ağdam rayonu Əfətli kənd tam orta məktəbləridir.

 

Ötən həftənin sonunda isə daha bir məktəb bu səbəbdən bağlanmalı oldu.

 

Qarlı havaya görə bəzi məktəblərdə dərslər təxirə salınıb

 

Qarlı və çovğunlu hava şəraiti ilə əlaqədar məktəblərdə şagirdlərin dərslərə davamiyyəti nəzərəçarpacaq dərəcədə aşağı düşüb.

 

Bəzi məktəblər isə valideynlərə övladlarını belə havada dərsə gətirməməyi tövsiyə edib.

 

BDU tələbələrə əlavə ödəniş edib

 

Bakı  Dövlət  Universiteti  təqaüd  alan  tələbələrə  əvvəlki  semestr  nəticələrinə  əsasən, əlavə  ödənişlər  edib.

 

Belə  ki, 2020 – 2021  tədris  ilinin  payız  sessiyasında  təqaüd  alan  tələbələrin  hesablarına, əlavə  pul  məbləği  yüklənib.

 

Ölkəmizdə Türkiyə təcrübəsinə uyğun peşə məktəbləri qurulacaq

 

Türkiyə Respublikasının milli təhsil naziri Ziya Selçukla Emin Əmrullayev arasında  ikitərəfli görüş keçirilib.

 

Görüş zamanı ümumi və peşə təhsili sahəsində qarşılıqlı əməkdaşlığın cari vəziyyəti və gələcək perspektivləri müzakirə olunub. Tərəflər arasında Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası  arasında peşə təhsili sahəsində əməkdaşlığa dair Protokol” imzalanıb.

 

BP ilkin təhsil və tərbiyə ilə bağlı ensiklopedik kitab çap edib

 

Bu layihə BP və tərəfdaşlarının təhsilin inkişafına və bütün səviyyələrdə yerli potensialın və bacarıqların gücləndirilməsinə dəstəyi çərçivəsində maliyyələşdirilib.

 

Layihənin icrasını təhsil layihələrində ixtisaslaşmış yerli şirkət “Azedu” həyata keçirib.

 

Magistraturaya qəbul imtahanı keçirilib

 

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul imtahanı keçirilib.

 

Magistraturaya qəbul imtahanı respublikanın 7 şəhər və rayonunda - Bakı, Sumqayıt, Abşeron, Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəranda, ümumilikdə 81 imtahan binasında aparılıb.

 

MİQ üzrə Onlayn müsahibələr yekunlaşıb

 

Fevralın 5-dən etibarən başlayan müəllimlərin işə qəbulu müsabiqəsi üzrə növbəti onlayn müsahibələr başa çatıb.

 

Onlayn müsahibələrə müxtəlif fənlər üzrə ümumilikdə 2948 namizəd dəvət olunub. "Microsoft Teams" proqramı üzərindən keçirilən müsahibələrdə 2912 nəfər iştirak edib. Müsahibə nəticələri ilə bağlı məlumatlar namizədlərin şəxsi səhifələrinə göndəriləcək.

 

Təhsil naziri Emin Əmrullayevin Türkiyə Respublikasına səfər edib

 

Təhsil naziri Emin Əmrullayevin Türkiyə Respublikasına səfər edib.

 

Səfər çərçivəsində fevralın 22-də təhsil naziri Ankara şəhərində yerləşən ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib.Daha sonra Təhsil Nazirliyinin nümayəndə heyəti Ankarada fəaliyyət göstərən Heydər Əliyev adına məktəbi ziyarət edib, müəssisədə yaradılan şəraitlə tanış olub.

 

225 şagird və 159 təhsil işçisi koronavirusa yoluxub

 

1-21 fevral tarixlərində ölkə üzrə virusa yoluxmuş şagirdlərin sayı 225 (əyani tədrisə cəlb olunmuş şagirdlərin 0,03 faizi),  virusa yoluxmuş işçi heyətinin sayı 159 nəfər (ümumi işçi sayının 0,13 faizi) təşkil edib. Fevralın 22-dək distant təhsilə keçirilmiş siniflərin sayı 84, distant təhsilə keçirilmiş məktəblərin sayı 4-dür.

 

Gigiyena və Epidemiologiya mərkəzlərinin qərarına əsasən, distant təhsilə keçirilmiş təhsil müəssisələri  Respublika İncəsənət Gimnaziyası, Bakı şəhəri 82 nömrəli, Gəncə şəhəri 37 nömrəli və Ağdam rayonu Əfətli kənd tam orta məktəbləridir.

 

İlk dərslər Xocalı soyqırımına həsr olunub

 

Fevralın 26-da təhsil müəssisələrində Xocalı soyqırımına həsr olunmuş xüsusi dərslər keçirilib.

 

Təhsil Nazirliyinin “Xocalı soyqırımının 29-cu ildönümünün keçirilməsi ilə əlaqədar Tədbirlər Planı”na əsasən, tədris olunan dərslərdə Xocalı qurbanlarının xatirəsi yad edilib, şagirdlərə Xocalı soyqırımı haqqında ətraflı məlumat verilib, onlara Vətənə, doğma torpağa məhəbbət hissi aşılanıb.

 

Direktorların işə qəbulu üzrə növbəti onlayn sınaq imtahanı keçiriləcək

 

Fevralın 25-də Təhsil Nazirliyi tərəfindən direktorların işə qəbulu üzrə təkrar onlayn sınaq imtahanı keçiriləcək. Sınaq imtahanında direktor vəzifəsinə işə qəbul üzrə müsabiqədə elektron qeydiyyatdan keçən və fevralın 19-da keçirilmiş sınaq imtahanına qatılmayan şəxslər iştirak edə bilərlər.

 

 

 

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları