Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-02-26 12:27:00
Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən vətəndaşlar videoformatda qəbul ediləcək

Fevralın 26-dan Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən vətəndaş qəbulu prosesi videoqəbul formatında həyata keçiriləcək.

Bu barədə AzEdu.az-a Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, videoqəbulların təşkilində əsas məqsəd vətəndaş qəbulu prosesini səmərəli təşkil etmək, vətəndaşların BŞTİ-yə müraciət etmək imkanlarını müasir texnologiyalardan istifadə ilə genişləndirmək və onları maraqlandıran məsələlərə aydınlıq gətirməkdən ibarətdir.

Videoqəbulda iştirak etmək istəyən vətəndaşlar qəbul günləri haqqında Telefon Məlumat Mərkəzinin 146-1 nömrəli telefonuna və ya (012) 599-12-22 nömrəli telefona zəng etməklə məlumat ala bilərlər.

Qəbulda müəllim və valideynlərin müraciətləri BŞTİ-nin rəhbərliyi və struktur bölmə əməkdaşları tərəfindən dinləniləcək, müvafiq təşkilati və maarifləndirmə tədbirləri görüləcək.
Videoqəbullarda müraciətlərə “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılacaq.