Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-02-15 11:27:00
Nazir Azərbaycanda yaradılacaq yeni ixtisaslarla bağlı DANIŞDI

“Azərbaycanda yeni ixtisaslar yaradılacaq”.

 

AzEdu.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev Real Tv-yə müsahibəsində deyib.

 

Onun sözlərinə görə, növbəti tədris ilində yeddi ixtisas yaradılacaq:

 

“Uğurlu olan SABAH qruplarının magistratura səviyyəsində yeni olan - kiber təhlükəsizlik, kompüter elmləri, şəhərsalma və planlaşdırma və sair ixtisaslar yaradılacaq”.

 

Nazir qeyd edib ki, Azərbaycanda peşə təhsilinin də inkişafı ilə bağlı işlər görülür:

 

“Hazırda peşə təhsilin nüfuzunun qaldırılması istiqamətində işlər aparılır. Biz sentyabr ayında qısa müddətli kursların hazırlanması, yüksək peşə ixtisası modelləri üzərində yeni peşə ixtisası təhsillərini təhvil vermək istəyirik. Bu təxminən 600-ə yaxın şagirdi əhatə edəcək”.