Azedu.az

UNEC-də beynəlxalq təlim: KİS üzrə yeni standartlar

Ali təhsil

4 İyul 2018, 09:37
UNEC-də beynəlxalq təlim: KİS üzrə yeni standartlar

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Keyfiyyəti İdarəetmə Sistemi (KİS) üzrə beynəlxalq təlim keçirilib.

UNEC-dən AzEdu.az-a bildirilib ki, Türk Standartları İnstitutunun baş auditoru Teyfik Bıyıklının keçdiyi təlimlər KİS-in yeni 9001:2015 standartının təsdiq edilməsi ilə bağlı olub. Dörd gün davam edən təlimlərdə UNEC-in müvafiq strukturlarından ibarət işçi qrupu iştirak edib. İşçi qrupuna İSO standartındakı dəyişikliklər barədə ətraflı məlumat verilib.

Təlimin nəticələrinə uyğun olaraq iştirakçılara KİS üzrə beynəlxalq auditor sertifikatı təqdim edilib.

Moskvaya kütləvi hücum aeroportlar bağlandı
Son xəbərlərDaha çox