Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-02-14 17:14:00
Direktorların işə qəbulu üzrə ən çox vakant yerlər haradadır? -RƏSMİ CAVAB

 

 

“Direktorların işə qəbulu üzrə ən çox vakant yer Goranboy və Kürdəmir rayonları üzrə elan edilib”.

 

AzEdu.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin əməkdaşı Tükəzban Quliyeva İctimai Televiziyanın “Sabahın xeyir, Azərbaycan” verlişində deyib.

 

O, qeyd edib ki, müsabiqəyə 623 vakant yer çıxarılıb.

 

“Bu vakant yerlərin siyahısı elektron sənəd qəbulundan əvvəl nazirliyin internet resurslarında yerləşdirilib. Yerlər müxtəlif bölgələr üzrə fərqlənir. Ən çox vakansiya Goranboy və Kürdəmir rayonlarındadır. Bakıda isə paytaxt üzrə 35 vakant yer ayrılıb”.

 

Qeyd edək ki, Direktorların işə qəbulu üzrə elektron sənəd qəbulu fevralın 13-də yekunlaşır.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları