Azedu.az

Qiymətindən narazı olan şagird nə edə bilər? - Şöbə müdiri AÇIQLADI

Orta təhsil

Təhsil Nazirliyi

27 Yanvar 2021, 12:29
Qiymətindən narazı olan şagird nə edə bilər? - Şöbə müdiri AÇIQLADI

“Birinci yarım ilin qiymətlərindən narazı olan şagirdlər fevral ayı ərzində məktəb rəhbərliyinə ərizə ilə müraciət edə bilərlər. Daha sonra məsələ araşdırılacaq, yenidən imtahan təşkil edilir, ya da qiymətləndirilmənin düzgün həyata keçirildiyi aydınlaşdırılır”.

 

AzEdu.az xəbər verir ki, bunu Təhsil nazirliyinin şöbə müdiri Vəfa Yaqublu “Tədrisin ənənəvi formasının bərpası” mövzusunda keçirilən seminarda qeyd edib.

 

O, məktəblərdə keçirilən qiymətləndirilmədən də danışdı: “Şagirdin kiçik qrup halında ya tək-tək məktəblərdə qiymətləndirilməyə cəlb olunması məktəb rəhbərliyindən asılıdır”.

Rus ordusunda PANİKA BAŞLADI - Əsgərlərdən kütləvi etiraz
Son xəbərlərDaha çox