
20.01.2021 15:14
LDU -da 20 Yanvar faciəsinə həsr olunmuş seminar keçirilib - FOTO
Lənkəran Dövlət Universitetinin ( LDU) Tarix –coğrafiya və incəsənət ,Filologiya və ibtidai təhsil fakültələrinin birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 31-ci ildönümünə həsr olunmuş seminar keçirilib.
Universitetdən AzEdu.az-a verilən məlumata görə, microsoft Teams platforması üzərindən onlayn keçirilən tədbir faciə qurbanlarının xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Seminarı giriş sözü ilə rektorun müşaviri, Filologiya və ibtidai təhsil fakültəsinin dekanı vəzifəsini icra edən professor Mikayıl Məhərrəmov açıb.Bildirib ki, Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən artıq 31 il keçsə də, keçmiş Sovet Ordusunun həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüz insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi tarixdə qalacaq. Paytaxt Bakıda, bölgələrdə, o cümlədən, Lənkəranda törədilmiş qanlı faciə xalqın susdurulmasına yönəldilsə də, əksinə, azadlıq yoluna məşəl saldı, milli müstəqilliyimizin əldə edilməsi ilə nəticələndi.
Seminarda “20 Yanvar faciəsinin Lənkəran səhifəsi” ətrafında geniş diskussiya keçirilib.Müzakirələrdə universitetin dosentləri Rakif İbadov, Kamal Mahmudov, Qədim Ryfullayev, Fəxrəddin Hüseyn, Müşfiq Bayramov və başqaları çıxış edərək 1990-cı ilin 20-26 yanvar tarixlərində Lənkəranda baş verən hadisələrdən ətraflı söz açıblar. Bildirilib ki, həmin faciəyə qədər Lənkəranda keçmiş sovet imperiyası əleyhinə azadlıq mübarizəsi artıq başlanmış, yanvarın 11-də ittifaq tarixində ilk dəfə olaraq məhz Lənkəranda hakimiyyət xalqın əlinə keçmişdi. Bundan qorxuya düşən Qorbaçov hökuməti Azərbaycana, o cümlədən , Lənkərana qoşun yeritmiş, yüzlərlə günahsız insanın ölümünə səbəb olmuşdu.
Diskussiya zamanı qeyd edilib ki, 31 il öncə Lənkəran azadlıq mübarizəsinin önündə getdiyindən rayonlar arasında ən çox şəhid də bu rayonun payına düşür. Həmin hadisələr zamanı 11 nəfər həyatını itirsə də, xain düşmən xalqın müqavimətini qırmağa nail ola bilmədi. Nəticədə yerli sakinlərin qəzəbindən qorxuya düşən ordu Lənkəranı tərk etdi.
Tarixdə heç nə unudulmur, heç nə yaddan çıxmır.Tarix unutqanlığı sevmir.Seminar iştirakçıların yekdil rəyi bu oldu ki, tarixin ibrət dərsləri heç zaman unudulmamalı, gənc nəsillərə öyrədilməli, beynəlxalq arenada təbliğ olunmalı və nəticə çıxarılmalıdır.
Bu bölməyə aid digər xəbərlər
Rektor YAP-dakı vəzifəsini itirdi, onun yerinə Bahar Muradova seçildi
05.03.2021 | 14:24
İrəvan Dövlət Universitetinin binasına basqın olub
24.02.2021 | 15:51
Bakıda dəm qazından boğulan 5 nəfərdən 4-ü tələbədir
23.02.2021 | 16:02
İtaliyalı hücumçu universitetə görə peşəkar futboldan imtina etdi - FOTO
22.02.2021 | 15:29
Abutalıbın uğur hekayəsi - Olimpiadadan universitet olimpinə…
22.02.2021 | 10:52
“Lütfi Zadə təqaüdü”nə layiq görülən tələbə: “Seçiləcəyim ağlıma da gəlməzdi” - MÜSAHİBƏ
20.02.2021 | 15:42
Əcnəbi tələbələr hansı universiteti seçir? - SİYAHI
19.02.2021 | 15:16
Sinif jurnallarının yazılma qaydası – məktəb sənədlərindəki səhvlər necə düzəldilir?
19.02.2021 | 11:41
Azərbaycanlı tələbə növbəti uğura imza atdı
19.02.2021 | 10:53
Avtovağzalın mətbuat katibi Universitetə gətirildi - TƏYİNAT
18.02.2021 | 12:36
Ömrün uğurlu bünövrəsi(tədrislə bağlı PDF kitab)
BÜTÜN ÇOX OXUNANLAR
ÇOX OXUNANLAR
02.03.2021 | 13:10
Nazirlikdən dərslərin dayandırılacağı ilə bağlı AÇIQLAMA - VACİB

06.03.2021 | 17:43
Sabah bu rayonların şagirdləri üçün buraxılış imtahanı keçiriləcək - SİYAHI

05.03.2021 | 09:23
Buraxılış imtahanları ilə bağlı daha bir dəyişiklik edildi

03.03.2021 | 16:39
Müsahibədən keçən bütün müəllimlərə ikiqat maaş veriləcək? – Rəsmi CAVAB

04.03.2021 | 17:30
Buraxılış imtahanlaına salınan test tapşırıqlarının sayı DƏYİŞDİRİLDİ

05.03.2021 | 11:49
Bakı Şəhəri üzrə Təhsil İdarəsinə yeni müdir müavinləri təyin edildi

04.03.2021 | 17:26
9 illik bazadan kolleclərə qəbul qaydaları dəyişib

01.03.2021 | 10:45
Bu sinif şagirdləri üçün milli qiymətləndirmə keçiriləcək

FACEBOOK