Köçürülmə prosesi ilə bağlı tələbələri maraqlandıran əsas məsələlərdən biri də təhsilalma formasının(əyani, qiyabi) dəyişdirilməsi ilə bağlıdır.
Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsində tələbənin öz ixtisası üzrə təhsilalma formasını dəyişməsi hansı halda mümkün ola bilər? Eyni zamanda tələbə oxuduğu ali təhsil müəssisəsində təhsilalma forması qiyabidirsə (yaxud əyani) digər ali təhsil müəssisəsinə öz ixtisası yaxud fərqli ixtisas üzrə təhsilalma forması dəyişərək hansı halda köçürülə bilər?
Təhsil Nazirliyi AzEdu.az-ın sorğusuna cavab olaraq bildirib ki, bu zaman tələbənin qəbul imtahanında topladığı bal əsas götürülür:
“Mövcud qanunvericiliyə əsasən, tələbələrin köçürülməsi məsələsinə qış və ya yay tətili müddətində transfer.edu.az portalı vasitəsi ilə baxılır. Ölkə daxilində bakalavriat səviyyəsində tələbələrin bir ali təhsil müəssisəsindən digərinə köçürülməsi, təhsilalma formasını və ya ixtisasını dəyişməsi o şərtlə aparıla bilər ki, DİM tərəfindən keçirilən qəbul imtahanlarında tələbənin topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas (təhsilalma forması) üzrə minimal keçid balından az olmasın.”
Bəs hansı halda bakalavriat səviyyəsində tələbənin köçürülməsi DİM tərəfindən keçirilən qəbul imtahanlarında topladığı bal nəzərə alınmadan aparılır?
Bu halları aşağıdakılardır:
Qeyd edək ki, tələbələrin ixtisasını və ya təhsilalma formasını dəyişməsi, bir ali təhsil müəssisəsindən digərinə köçürülməsi birinci semestr başa çatdıqdan sonra həyata keçirilir