Müəllimlərin işə qəbulu müsabiqəsinin onlayn müsahibə mərhələsinin nəticələri 6 yanvar tarixində elan edilib.
AzEdu.az İnsan Resursları Mərkəzinə istinadən xəbər verir ki, müsahibəyə 2209 namizəd dəvət olunub. Onlardan 2197 nəfəri onlayn müsahibədə iştirak edib.
2061 nəfər isə uğur qazanaraq müəllim fəaliyyətini davam etdirmək hüququ qazanıb.
Qeyd edək ki, müsahibə mərhələsinin nəticələri barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib.