https://www.zirve.edu.az/
07.01.2021 10:09
Məktəb dərsliklərinin mövzuları üzrə onlayn sınaq imtahanları keçiriləcək

Dövlət imtahan Mərkəzi tərəfindən otk.az portalı vasitəsilə müxtəlif növ onlayn sınaq imtahanları keçirilir.

 

Mərkəzdən AzEdu.az-a verilən məlumata görə, istifadəçilər portalda fənlər və siniflərin hər bir mövzusu üzrə sınaq imtahanları vermək imkanına da malikdirlər.

 

Bu onlayn test bankında ümumilikdə 28535 test tapşırığı toplanıb.

 

Abituriyentlər (şagirdlər) bütün fənlər üzrə 5-11-ci sinif dərsliklərinin (Azərbaycan dili və riyaziyyat fənni üzrə isə 4-11-ci siniflər) mündəricatında olan hər bir mövzu üzrə sınaq imtahanından (hər imtahanda 10 test tapşırığı olmaqla) və həmin sinif üzrə 5 qiymətləndirmə sınağından (hər imtahanda 20 test tapşırığı olmaqla) istifadə etməklə hazırlıq səviyyələrini yoxlaya bilərlər.

 

İmtahana yazıldığınız fənnin materialları 1 il aktiv olur. Bu müddət ərzində siz tapşırıqlara, öz cavablarınıza və tapşırıqların düzgün cavablarına baxa bilərsiniz.

 

Portalda qeydiyyat , ödəniş və imtahanlara yazılmaqla bağlı təlimatlarla otk.az portalında “Təlimatlar” bölməsində tanış ola bilərsiniz.