Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-01-05 16:31:00
Tələbələrin transferində bu sənədlər mütləqdir- Nazirlik

Tələbələrin bir  universitetdən,  yaxud  ixtisasdan digərinə  köçürülməsi Təhsil Nazirliyinin razılığı  ilə qış və  yay  tətili  dövründə  müvafiq  ali  məktəb  rəhbərliyinin əmri ilə həyata keçirilir.

 

Bəs  köçürülmə  prosesi  zamanı  hansı  sənədlər  lazımdır?

 

AzEdu.az  tələbələrin  köçürülməsi  üçün  lazım  olan  sənədləri  təqdim  edir:

 

-Tələbənin  təhsil  müddətində  fənlər  üzrə  topladığı  kreditləri  və qiymətləri (hərf və balla) özündə  əks  etdirən  sənəd - akademik  transkript  (xaricdə təhsil alanlar  üçün  mövcud  qaydada  leqallaşdırılmış  və  Azərbaycan  dilinə tərcümə  olunmuş);

 

- Təhsil  aldığı  müddətdə  gediş-gəlişi  təsdiq  edən  rəsmi  sənəd  (xarici pasport);

 

- Ali  təhsil  müəssisəsinə  qəbul  olunarkən  topladığı  bal  və  ya  DİM tərəfindən keçirilən  imtahanlarda  iştirak  etməməsi  haqqında  sənəd (xaricdən köçürülənlər  üçün);

 

- Köçürülmə  səbəblərini  təsdiq  edən  sənəd (xarici ölkə ali təhsil müəssisələrindən  Azərbaycan  Respublikası  ali  təhsil  müəssisələrinə köçürülərkən);

 

- Beynəlxalq  səviyyəli  imtahanlarda (SAT, TOEFL, IELTS və s.)  qazandıqları nəticələri  təsdiq  edən  rəsmi  sənədlər (xaricdən köçürülənlər və ya ölkə ali təhsil  müəssisələrinə  bu  imtahanların  nəticələri  ilə qəbul  olunanlar  üçün);

 

- Təhsil  haqqı  borcunun  olmamasına  dair  arayış.

 

Tələbələrin köçürülməsi  Təhsil  Nazirliyinin  razılığı   transfer.edu.az  portalı  vasitəsi  ilə  həyata  keçirilir. Tələbə saytda  yalnız  bir  dəfə  qeydiyyatdan  keçə  bilər.

 

Əlavə olaraq bildirək ki, bir ali  təhsil  müəssisəsindən  digərinə  köçürülən, ixtisasını  dəyişən  şəxslər təhsillərini  yalnız  ödənişli  əsaslarla  davam  etdirirlər. Lakin  dövlət  sifarişi  əsasında  təhsilalanlar  eyni  ixtisas  üzrə  köçürülərsə o  zaman  ödənişsiz  əsaslarla  təhsillərinə  davam  edirlər.