https://www.zirve.edu.az/
08.12.2020 16:36
Abituriyentlərin NƏZƏRİNƏ-Uğurlu nəticə üçün imtahan zalında bu detallara MÜTLƏQ diqqət edilməlidir

 

İmtahan zalına rahat və asta addımlarla daxil ol. Tələsmə, zalda artıq öz yerlərini tutmuş abiturientlərə və zala gülümsəyərək göz gəzdir. Və ürəyində bu sözləri  de: “Mən bu rahat zalı sevdim”, çünki o mənə uğur gətirəcək. Zalda öz yerini tutdqdan sonra, qonşu partalarda oturmuş abituriyentlərlə ünsiyyət yarat. Amma diqqətli ol, söhbətinizin imtahan həyəcanı və qorxusu haqda olmasına yol vermə.

 

Budur, artıq cavab kartları paylanır. İmtahan qaydalarını izah edən nəzarətçiyə diqqətlə qulaq as. Diqqətini heç nə yayındırmamalıdır: nə səndən kömək istəyən abituriyent yoldaşın, nə də partaların arasında gəzişən imtahan nəzarətçisinin addım səsləri. Qonşu partadan abituriyent oldaşın səndən kömək istəyə bilər. “bir-iki sualın cavabında kömə etsəm, dünya dağılmaz ki! Uzağı bir neçə dəqiqə itirəcəyəm. Üç saatın qarşısıda bu nədir ki?”- deyə düşünürsən və ona kömək etməyə başlayırsan. Düzdür, sə özünə söz verdiyin kimi vaxtının yalnız bir neçə dəqiqəsini sərf edirsən. Lakin yenə də öz suallarına qayıtdıqda “kələfin ucunu tapa bilmirsən”.

 

Əgər bütün bu deyilənlərə nəarətçinin səni və kömək ediyin abitriyent “yoldaşını” imtahan zalından qovmaq təhlükəsini də əlavə etsək, həmin abituriyent “yoldaşın”ın sənə vurduğu ziyan iki dəfə artmış olur. Bu vəziyyətdən yalnız bir çıxış yolu var. Səndən kömək istəyən abituriyentə əvvəldən üz verməmək.

Mənbə:”Abituriyentin psixoloji hazırlığı”-Zemfira Məmmədova

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları