Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-11-30 15:53:00
ADNSU-nun əməkdaşları onlayn beynəlxalq konfransda iştirak edib

ADNSU -nun "Üzvi maddələr və yüksəkmolekullu birləşmələrin texnologiyası" kafedrasının əməkdaşları onlayn Beynəlxalq konfransda iştirak ediblər.

 

AzEdu.az xəbər verir ki, ABŞ, Yaponiya, Kanada, İngiltərə, İtaliya, Fransa, Malaziya, Brazilya, Hindistan, İran , İspaniya, Çin, Tailand, Rusiya və digər ölkələrin qatıldığı onlayn konfransda ADNSU-nun dosenti, k.ü.f.d. Tamilla Naibova və doktrantı Zülfiyyə Musazadə iştirak edib. İki gün davam edən onlayn konfransda 35 - dən çox məruzə dinlənilib. Konfransda iştirak edən ADNSU-nun dosenti və doktrantı apardıqları elmi - tədqiqat işlərinin nəticələri haqqında geniş məruzə ilə çıxış ediblər. Sonda onların tədqiqat işlərinin nəticələrinin nüfuzlu jurnallarda dərc olunması tövsiyə olunub.