Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-11-27 11:14:00
Direktorların işəqəbul  müsabiqəsində  istifadə  olunan  test nümunələri –Doğru cavablar  və  İZAHLARLA

 

 

 

Dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə keçid balı namizədlərin test imtahanında göstərdiyi nəticələr və vakansiyaların sayı nəzərə alınmaqla müəyyən edilir.

 

Müsabiqədə pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsili, 5 ildən az olmayaraq (təhsilin təşkili və idarə olunması ixtisası üzrə elmi dərəcəsi və elmi adı olduqda 3 il) pedaqoji stajı olan və hazırda ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan şəxslər iştirak edə bilərlər.

 

AzEdu.az Təhsil Nazirliyinə istinadən Direktorların İşə qəbul imtahanı üçün üçün test nümunələri və cavablarını təqdim edir:

 

“Təhsildə xüsusi nailiyyətlərə görə” qızıl və gümüş nişanların təsviri ilə bağlı qeyd olunanlardan biri yanlışdır:

 

  1. Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların təltif olunması üçün qızıl və gümüş nişanlar diametri 40 mm, qalınlığı 3 mm olan lövhə şəklində hazırlanır.
  2. Qızıl nişanın yan səthində çevrə boyunca böyük çap hərfi ilə QIZIL NİŞAN, gümüş nişanın yan səthində GÜMÜŞ NİŞAN sözləri nəqş olunur.
  3. Nişanların üz tərəfində Azərbaycan Respublikasının Dövlət gerbi, gerbdən yuxarıda “Azərbaycan Respublikası” sözləri simmetrik yerləşdirilməklə həkk olunur.
  4. Nişanlar müvafiq olaraq qızıl və gümüş metaldan hazırlanır

. E. Qızıl nişanın səthinə qızıl, gümüş nişanın səthinə gümüş suyu çəkilir.

 

Düzgün cavab: D

İZAH: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 14 aprel tarixli, 53 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhsildə xüsusi nailiyyətlərə görə” qızıl və gümüş medalların təsviri” 1. Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların təltif olunması üçün qızıl və gümüş nişanlar diametri 40 mm, qalınlığı 3 mm olan lövhə şəklində hazırlanır. 2. Nişanların üz tərəfində Azərbaycan Respublikasının Dövlət gerbi, gerbdən yuxarıda “Azərbaycan Respublikası” sözləri simmetrik yerləşdirilməklə həkk olunur. 3. Nişanların arxa tərəfində çevrə daxilində qövsvarı kəsikdən başlanan günəş şüaları fonunda açıq vəziyyətdə olan kitabın qövsvarı kəsiklə daxili çevrə arasındakı hissədə aypara və səkkizguşəli ulduzun təsviri, yuxarı hissədə iki çevrə arasında saat əqrəbi istiqamətində “Təhsildə xüsusi nailiyyətlərə görə” sözləri həkk edilir. Bütün yazılar və təsvirlər qabarıqdır. 4. Qızıl nişanın yan səthində çevrə boyunca böyük çap hərfi ilə QIZIL NİŞAN, gümüş nişanın yan səthində GÜMÜŞ NİŞAN sözləri nəqş olunur. 5. Nişanlar bürünc metaldan hazırlanır. Qızıl nişanın səthinə qızıl, gümüş nişanın səthinə gümüş suyu çəkilir. 6. Nişanlar qırmızı rəngli plastik qutulara qablaşdırılır.

 

Ümumi təhsil pilləsini başa vurmamış hesab edilirlər:

 

  1. Tədris planında nəzərdə tutulmuş fənn (fənlər) üzrə tələb olunan kreditləri qazanmayan və yaxud yekun attestasiyadan keçməyən şəxslər
  2. Ümumi orta və tam orta təhsil səviyyələri üzrə müvafiq sinfi bitirdikdən sonra texniki fənlər üzrə biliyi qiymətləndirilməyən şəxslər
  3. Ümumi orta və tam orta təhsil səviyyələri üzrə müvafiq sinfi bitirdikdən sonra təhsilini davam etdirməyən və ya hər hansı dərs ilində dərs məşğələlərində iştirak etmədiyi üçün fənn (fənlər) üzrə biliyi qiymətləndirilməyən və ya buraxılış imtahanında iştirak etməyən şəxslər
  4. Ümumi orta və tam orta təhsil səviyyələri üzrə müvafiq sinfi bitirdikdən sonra təhsilini davam etdirməyən şəxslər
  5. Tədris planında nəzərdə tutulmuş fənn (fənlər) üzrə attestasiyadan və yaxud yekun attestasiyadan keçməyən şəxslər

 

Düzgün cavab: C

 

İZAH: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 21 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş "Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi Qaydası" 1.2. Ümumi orta və tam orta təhsil səviyyələri üzrə müvafiq sinfi bitirdikdən sonra təhsilini davam etdirməyən və ya hər hansı dərs ilində dərs məşğələlərində iştirak etmədiyi üçün fənn (fənlər) üzrə biliyi qiymətləndirilməyən və ya buraxılış imtahanında iştirak etməyən şəxslər ümumi təhsil pilləsini başa vurmamış hesab edilirlər.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları