https://www.zirve.edu.az/
24.11.2020 17:59
Ədalət Muradov dünyaca məşhur alimə təşəkkür etdi - FOTO

Ötən  gün  kimya  üzrə  Nobel  mükafatının  qalibi,  Türkiyə  əsilli  dünyaca  məşhur  alim  Əziz  Sancarın  atdığı  addım  böyük  rəğbətlə  qarşılandı.

 

Alim, Gəncəyə  roket  atılması  nəticəsində  hər  iki  valideyini  itimiş  Xədicə Röyal  qızı  Şahnəzərovanın  gələcək  təhsil  xərclərinin  ödənilməsi məqsədilə xüsusi  olaraq   yaradılmış  bank   hesabına  əhəmiyyətli  miqdarda  vəsait köçürüb.

 

Bu  hadisədən  sonra  Azərbaycan  Dövlət  iqtisad  Universitetinin  rektoru  Ədalət  Muradov  öz  facebook  hesabında  Əziz  Sancarla  bağlı  paylaşımlar  edib.

 

AzEdu.az   rektorun  paylaşımını  təqdim  edir:

 

“Dostum, Nobel  mükafatı  laureatı  Aziz  Sancardan  5  dəyərli  tövsiyyə:

 

  1. Özünüzdən razı olmayın, özündən  razı  olmaq  Allaha  yaraşır, insana yaraşmaz. Əlinizdən  gəldiyi  qədər  təvazökar  olun;

 

  1. Vətən sevgisi olmasaydı  bu  səviyyələrə  gələ  bilməzdim. Çox  çalışın, övladlarınıza  da  həm  çox  çalışmağı, həm  də  vətən  sevgisini  öyrədin.

 

Məmləkətinə faydalı olan bütün dünyaya faydalı olar;

 

  1. Nobel mükafatı qazanmaqdan  daha  önəmli  şeylər  var: insanın  ailəsi, insanlıq  və  ölkəsinə  xidmət  etməsi;

 

  1. Elm adamı kimi  yetişmə  prosesində  hər  addımda  sizin  inkişafınıza kömək  edəcək  yaxşı  məsləhətçilər  və  müəllimlər  tapın;

 

  1. Çox vaxt və  əziyyət  tələb  etsə  də analitik  və  kreativ  düşünmə  bacarığı əldə  edin.”

 

Bundan  əlavə, rektor  Əziz  Sancarın  bu  addımını  sosial  şəbəkə  hesabında  - “Dostum, Nobel  mükafatı  laureatı  Aziz  Sancar  növbəti  bir nümunə  göstərdi  və  Gəncənin  Ermənistan  tərəfindən  bombalanması  nəticəsində  hər iki  valideynini  itirmiş  Xədicənin  təhsil  xərclərini qarşılamaq  üçün  maliyyə vəsaiti  ayırdı. Təşəkkürlər, dəyərli  dostum!” – deyə  paylaşaraq  öz  minnətdarlığını  bildirib.

 

 

 

Ayşən Mustafayeva
Müəllifin digər yazıları