Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-11-24 14:22:00
“Virtual məktəb”də əsas texniki problem – Müəllimlər nədə səhv edirlər?

 

 

“Microsoft Teams” proqramının müəllim və şagirdlər üçün aydın olmayan cəhətləri  hələ də var.

 

Belə ki, müəllimlər  proqrama  şagirdlərin dərsdənkənar  müdaxilə etməsindən ( müəllimin mikrofonunu bağlamaq, səsi azaltmaq, dərsə əlavə şəxslər qoşmaq yaxud çıxarmaq və s.) şikayətlənirlər.

 

 

Bu barədə AzEdu.az-a açıqlama verən Təhsil Sistemlərinin İnformasiyalaşdırılması İdarəsinin şöbə müdiri Fidan Nəcəfova bildirib ki, həmin problem görüşün düzgün təşkil olunmamasından qaynaqlanır.

 

“Görüşü kim təşkil edirsə,”organize” əmrini seçib daxil olursa, hüquqlar yalnız o şəxsdə olur. Digər iştirakçılar müdaxilə edə bilmir. Görüşdən kimisə çıxarmaq və ya artırmaq, digər şəxslərin mikrofonunu və  görüntünü bağlamaq- bütün funksiyalar  görüşü təşkil edən şəxsdə aktiv olur.

 

Müəllimlər görüşü özləri təşkil etməyib, hansısa şagirdən xahiş edirlərsə, yaxud sinif rəhbəri təşkil edib fənn müəlliminə təhvil verirsə, belə problemlər yaranır.  Çünki bu zaman müəllimlə bərabər şagirdlərdə də eyni hüquqlar formalaşır.  Əks halda, heç bir halda belə problemlər yaranmır”.

 

Qeyd edək ki, hazırda proqram aktiv şəkildə istifadə olunur.