Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-11-16 12:03:00
Koronavirusdan qorunmaq üçün xüsusi dəbilqə ixtira edildi    

Kanadalı ixtiraçı Əzin Əl-Qeysi koronavirusdan qorunmaq üçün xüsusi dəbilqə hazırlayıb.

 

AzEdu.az-ın məlumatına görə, xəbəri BBC agentliyi yayıb.

 

Dəbilqə baş və sinə hissəsini tamamilə örtür, həmçinin, üz sipəri ilə təmin edilib.

 

Cihazın arxa tərəfinə batareyalarla işləyən hava təmizləyici filtr yerləşdirilib.

 

Əl-Qeysi cihaza BioVYZR adını verib.

 

İxtiraçı bildirib ki, dəbilqənin batareyası bir dəfə doldurma ilə 12 saata qədər fasiləsiz işləyə bilir.

 

O əlavə edib ki, hazırda təxminən 10 min insan dəbilqəni almaq üçün müraciət edib.