Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-03-01 13:26:45
Üç vəzifə üzrə 162 nəfər işə qəbul olunub

Bakı Şəhəri üzrə Təhsil İdarəsi  tərəfindən işə qəbul üzrə  elan edilən müsabiqənin müsahibə mərhələsi yekunlaşıb.

AzEDU-nun məlumatına əsasən, müsabiqənin müsahibə mərhələsində BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbər, uşaq birliyi təşkilatı rəhbəri və laborant vəzifələrinə işə qəbul üzrə qeydiyyatdan keçmiş namizədlərdən 162 nəfər müsbət cavab alıb.

Onlardan 18-i gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbər, 34-ü uşaq birliyi təşkilatı rəhbəri, 110-u laborant vəzifəsinə işə qəbul olub.

Təhsil nazirinin müvafiq əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları”na əsasən, müvafiq kadrların işə qəbulu və yerdəyişməsi tabelik üzrə təhsili idarəetmə orqanının müəyyən etdiyi qaydada həyata keçirilib.