Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-10-25 13:29:00
AzTU-nun professoru beynəlxalq konfransın Proqram Komitəsinin üzvü seçilib

Azərbaycan Texniki Universitetinin (AzTU) Kompüter sistemləri və şəbəkələri kafedrasının müdiri, professor Vaqif Qasımov 25-27 noyabr 2020-ci il tarixində Ukraynanın Kiyev şəhərində keçiriləcək IEEE-nın İnformasiya nəzəriyyəsində qabaqcıl tendensiyalar üzrə (“2020 IEEE International Conference on Advanced Trends in Information Theory ATIT”) beynəlxalq konfransın Proqram Komitəsinin (https://atit.ieee.org.ua/committees/)  üzvü seçilib.

 

Universitetdən AzEdu.az-a verilən məlumata görə, Vaqif Qasımov konfransda "Təsvirlərin DNT-psevdosimvolları ardıcıllığı və xaotik məntiqi kart əsasında şifrlənməsi alqoritmi" mövzusunda məruzə ilə çıxış edəcək.