https://www.zirve.edu.az/
17.10.2020 17:46
Prezident İlham Əliyev qəti və məntiqli diplomatik gedişlərlə regionun geo-siyasi mənzərəsini dəyişir

Sentyabrın 27-də erməni silahlı birləşmələrinin müxtəlif istiqamətlərdən Azərbaycanın sərhəd bölgələrinin silahlı hücumuna Azərbaycan Ordusunun adekvat cavab verməsini düşmən gözləmirdi. İllər boyu atyəşkəs reliminə əhəmiyyət vermədən sərhədlərimizə açdıqları atəşlər cavabsız qalmasa da bu dəfə Ordumuzun şəxsi heyəti düşmənə layiqli cavabını verməklə öz gücünü göstərdi. Əlbəttə, Azərbaycanın bu cür əks həmləsini düşmən və onun havadarları güman edə bilməzdi. Doxsanıncı illərdə işğal edilmiş torpaqarının geri alınması məqsədi ilə Azərbaycan dövləti sülh danışıqlarına üstünlük versə də Ermənistan rəhbərliyi çirkin niyyətlərini həyata keçirməkdən çəkinməyib. 12 gün ərzində Azərbaycan Ordusunun düşməni susdurması, xüsusilə işğal edilmiş torpaqların, yüksəkliklərin geri alınması Ermənistan rəhbərliyini qorxuya saldı. Onlar Azərbaycan Ordusunun gücünü gördülər və danışıqlara razılıq vermək bəhanəsi ilə başqa dövlətləri vasitəçi olmağa çağırdılar. Azərbaycan düşmənin niyyətini bilir, onlar sülh danışıqlarını istəmir, sadəcə vaxt qazanmaq, itirilmiş ərazilərin geri qaytarılmasını istəyir. Sentyabrın 9-da 11 saatlıq danışıqlar humanitar atəşkəsin əldə edilməsi ilə başa çatsa da düşmən heç bir saat da bu qərara məhəl qoymadı, Azərbaycan tərəfi atəşə tutmaqda davam etdi. Bu düşmənin simasıdır, riyakarlığıdır. 11 saat ərzində davamlı olaraq danışıqların aparılması prosesin mürəkkəb olduğunu və gərgin bir şəraitdə aparıldığını göstərir.

 

Humanitar atəşkəs birinci mərhələdir. Hərbi əməliyyatlar gedişində dəyişilmiş status-kvonun siyasi və diplomatik müstəviyə daşınmalıdır. Bu proseslər paralel şəkildə aparılmalıdır ki, əldə edilmiş nailiyyətlər daha da gücləndirilsin. Artıq danışıqların gedişində şərtləri Azərbaycan müəyyən edir və Azərbaycana qarşı hər hansı şərtlərin irəli sürülməsinin qəbuledilməzliyini hamı başa düşdü. Bütün bu əməliyyat Azərbaycana qarşı artan siyasi-diplomatik təzyiqlər şəraitində həyata keçirilir. Prezident İlham Əliyev bu siyasi təzyiqlərə sinə gəlir və məharətli və vaxtında atılan diplomatik addımlarla Azərbaycana qarşı olan təzyiqləri neytrallaşdırır. Ermənistan və onun havadarlarının bir araya gələrək Azərbaycana qarşı vahid diplomatik cəbhə formalaşdırılmasının qarşısı alınır.

 

Diplomatiyada səhvə yol verilməsi hərbi üstünlüklərimizin də əldən çıxmasına səbəb ola bilər. Döyüş bölgəsində Ordumuzun üstünlük nümayiş etdirməsi, düşmənin geri baxmadan qaçması, torpaqlarımızın azad edilməsi xalqımızda ruh yüksəkliyi yaradır, təbii ki, heç kim atəşkəs istəmir, qələbə bizimdir, zaman Azərbaycana işləyir. Düşmən isə qorxaraq qaçır, artıq işğal altlındakı torpaqların hamısının alınmasına çox vaxt qalmayıb. Belə bir zamanda erməni tərəfi məğlubiyyətin acısını görərək danışıqlar istədi. Azərbaycan Respublaiksının Prezidenti, Ali Baş Komandan İlham Əliyev də danışıqların illər boyu böş və mənasız olduğunu, həmsədr dövlətlərin ermənipərəst mövqedə olduğunu bəyan edir. Qələbə bizimlədir, biz öz torpaqlarımızın azad edilməsi uğrunda döyüşürük, deyə bəyanatlar verir. Xalqa müraciətində, ayrı-ayrı telekanallara müsahibəsində Azərbaycan Ordusunun kənardan heç bir köməyə ehtiyacı yoxdur, torpaqlarımızı özümüz geri qaytarmağa qadirik, deyə real faktlardan danışıb. Və torpaqlarımızın bir qarışının da düşməndə qalmayacağını bəyan edib.

 

Etiraf etmək lazımdır ki, humanitar atəşkəsə Azərbaycanın birtərəfli qaydada yox deməsi Ermənistanın mövqeyini gücləndirmiş olardı. Hər kəs də bilir ki, humanitar atəşkəs müvəqqəti xarakter daşıyır. Əgər bundan sonra Ermənistan yenə də öz siyasətini davam etdirəcəksə və işğal olunmuş ərazilərdən öz qoşunlarını çıxarmayacaqsa, onda hərbi əməliyyatların bərpa olunması hər zaman baş verə bilər. Mahiyyətli danışıqlar aparılmalı və Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını nəzərdə tutan plan hazırlanmalıdır. Bu Azərbaycanın haqlı tələbidir, əgər qəbul olunmasa heç bir danışıqdan söhbət gedə bilməz. Təmas xətti deyilən anlayış yoxdur. Münaqişənin hərbi həlli yoxdur tezisi də darmadağın edildi.

 

Prezident İlham Əliyev həmişə, o cümlədən Ermənistanın hərbi təxribatlarına qarşı başlanılan son əks-hücum əməliyyatlarının gedişində yenilməz siyasi iradə, əzm, qətiyyət, prinsipiallıq nümayiş etdirməklə, düşmən ölkənin havadarları olan dövlətlər və böyük güclərin təzyiqlərinə baxmayaraq, Azərbaycanın milli maraqlarını qətiyyətlə müdafiə etdi. Bir daha sübut olundu ki, Azərbaycanın milli maraqları Prezident İlham Əliyev üçün ən ali dəyərdir. Münaqişənin həll olunmaması və işğala əsaslanan status-kvonu saxlamaq üçün Ermənistana dəstək göstərilir və danışıqlar prosesi imitasiya olunmuş əsasda aparılırdı. Məqsəd tədricən Azərbaycan torpaqlarının Ermənistan tərəfindən ilhaqına nail olmaq idi. Prezident İlham Əliyev qəti siyasi iradə nümayiş etdirərək 30 il ərzində qurulmuş və daim möhkəmləndirilən bu sistemi darmadağın etdi, Azərbaycanın işğalla heç zaman barışmayacağını sübut etdi.

 

Status-kvo dəyişdi. Hərbi və siyasi şərtləri indi Azərbaycan diqtə edir. Prezident İlham Əliyev qəti və məntiqli diplomatik gedişlərlə regionun geo-siyasi mənzərəsini dəyişir. Bu yolda Azərbaycan xalqı öz prezidentinin yanında olduğunu ifadə edərək birlik nümayiş etdirdi. Qələbə uğrunda, torpaqlarımızın işğaldan azad edilməsi üçün könüllü olaraq səfərbərliyə yazılan, döyüş bölgələrinə yollanan yüzlərlə vətən övladları vətənpərvərlik nümayiş etdirdilər. Bu Azərbaycan xalqının milli iradəsidir, milli birliyidir, düşmənə qarşı barışmaz mövqedə olduğunun təcəssümüdür.

 

ATƏT-in Minsk Qrupunun həmsədrləri status-kvonu dəyişmək üçün heç nə etmədilər. Mövcud diplomatik və hərbi ətalət həmsədrləri və Ermənistanı qane edirdi. Nəticədə Azərbaycan özü status-kvonu dəyişdi. Dağlıq Qarabağın inzibati ərazisinə daxil olan Hadrutun və ətraf kəndlərin azad edilməsinin böyük geo-siyasi əhəmiyyəti vardır.

 

Azərbaycan hərbi sahədə əldə etdiyi böyük uğuru həm də diplomatik müstəviyə keçirdi. Ermənistanın danışıqları formatını dəyişdirmək və Dağlıq Qarabağdakı qondarma rejiminin danışıqlar prosesində tərəf kimi çıxış etməsinə nail olmaq, o cümlədən 1994-cü il Bişkek protokolunu əlində bayraq etmək iddiasının üzərindən birdəfəlik xətt çəkildi. Ermənistan etiraf etdi ki, bu münaqişədə tərəf olan Dağlıq Qarabağdakı qondarma rejim deyil, məhz Ermənistan dövlətidir. Ermənistan baş naziri artıq 7 şərt irəli sürmür, ona diqtə edilən şərtləri qəbul etmək zorundadır. Bu gün danışıqlar prosesində məhz Azərbaycan öz iradəsini diqtə edir və şərt irəli sürür.

 

Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 15 iyul 2020-ci il tarixli iclası zamanı bildirib: “Nə vaxt, nəyi, necə etmək lazımdır, bunu biz bilirik. Yaxın tarix dəfələrlə bunu göstərib, həm siyasi müstəvidə, diplomatik müstəvidə, eyni zamanda, döyüş meydanında. Nəyi ediriksə, dəqiqliklə edirik”.

 

Bu günədək aparılan siyasət, atılan addımlar, o cümlədən sentyabrın 27-dən başlayan əks-hücum əməliyyatları dövlət başçısının bu fikirlərinin tam əsaslı olduğunu təsdiq edir. İstər danışıqlar masasında, istərsə də hərb meydanında atılan hər bir düşünülmüş və dəqiq addım bizi əsas hədəfə daha da yaxınlaşdırır.

 

Qısa müddət ərzindəki düyüşlərdə bütün dünya Azərbaycan xalqının əzmini gördü. Ərazilərin işğaldan azad edilməsi üçün bütün xalq Ali Baş Komandanın ətrafında səfərbərdir. Azərbaycan xalqı Azərbaycan Ordusu 10 gün ərzində Ermənistanın 30 il ərzində havadarlarının dəstəyi ilə qurduğu ordusunu darmadağın etdi. 190-dan artıq tank, çoxsaylı artilleriya qurğuları, raket sistemləri, canlı qüvvə məhv edildi, düşmənin xeyli sayda hərbi texnikası, silah-surastı ələ keçirildi. Bundan sonra Ermənistana 10 illiklər lazım olacaq ki, özünə yeni ordu qursun. Bu silah-sursat sistemlərinin qurulması üçün Ermənistan tərəfindən milyardlarla vəsait sərf olunmuşdu. Düşmən əsgərlərinin geri qaçması ermənilərin yalnız dövlətin başçısına olan etimadsızlığının nümunəsi deyil, həm də başqasının torpaqlarının işğal edilməsinə olan etirazıdır. Onların hərbi texnikanı qoyaraq qaçması göstərir ki, onlara özgə torpağı lazım deyil, heç müharibə də istəmirlər. Ermənistan ordusunun peşəkar zabit heyəti və peşəkar müddətdən artıq hərbi xidmətçiləri böyük sayda məhv edildi. Bu kimi peşəkar hərbçi heyətinin formalaşdırılmasına illər lazımdır.

 

2016-cı ilin aprel döyüşlərində Ermənistan öz cəzasını aldı. Amma son döyüşlər miqyasına görə böyük əməliyyat olaraq Ermənistan ordusunun və cəmiyyətinin özünə güvənini əsaslı dərəcədə sarsıtdı.  

 

Əks-hücum əməliyyatlarında düşmənə sarsıdıcı zərbələr endirməklə torpaqlarımızı işğaldan azad edən Azərbaycan Ordusu öz qüdrətini bir daha bütün dünyaya nümayiş etdirdi. Azərbaycanın qətiyyətli qələbəsi dünyanın informasiya agentliklərinin, televiziyaların diqqətindən qaçmır. Hər kəs, politoloqlar, siyasətçilər Azərbaycan Ordusunun az vaxt ərzində göstərdiyi əzmi, qələbəni təqdir edirlər. Qeyd olunur ki, Azərbaycan artıq 30 il əvvəlki dövlət deyil. Öz Milli Oirdusu ilə böyük qələbələr qazanmaqla sübut olundu ki, heç bir siyasi qüvvə Azərbaycanı bu yoldan çəkindirə bilməz.

 

Milli həmrəylik, yüksək vətənpərvərlik, dünya azərbaycanlarının birliyi dövlətimizin əzmini daha da artırdı. Yaşadığı yerdən asılı olmayaraq bütün soydaşlarımız, o cümlədən Azərbaycanı dəstəkləyən hər bir kəs bütün informasiya platformalarında həmrəy olub Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində fədakarcasına mübarizə apardılar. Bu həm də düşmənin informasiya cəbhəsinə vurulan zərbədir.

 

Tarixi günlərini yaşayan Azərbaycan düşməni torpaqlarımızdan çıxararaq Ermənistanı təslim bayrağı qaldırmağa məcbur etdi. Cəbrayıl rayonu, Hadrut qəsəbəsi, Murovdağ zirvəsi, Suqovuşan su anbarı, onlarla kənd, strateji yüksəkliklər azad edildi. İndi həmin ərazilərdə Azərbaycan bayrağı dalğalanır. Bütün cəbhə xətti boyu ermənilərin müdafiə istehkamları yarıldı və ələ keçirildi, bundan sonra düşmənin yenidən müdafiə xətti qurmağa nə vaxtı, nə imkanları, nə resursları yoxdur. Suqovuşan su anbarının olduğu ərazinin azad edilməsi ilə ölkəmiz üçün strateji əhəmiyyət kəsb edən su probleminin həlli istiqamətində ciddi addım atıldı.

 

Bir daha Ermənistanın hərbi-siyasi rəhbərliyinin anti-insani, faşist siması ifşa edildi və bütün dünyaya göstərildi. Bir daha sübut olundu ki, Ermənistanın əsas hədəfi yaşayış məntəqələri və dinc əhalidir. Ermənistanın azğınlıqının digər bir tərəfi də odur ki, cəbhə bölgəsindən xeyli uzaqda yerləşən Azərbaycan şəhərlərini hədəf seçir, dinc əhalinin yaşadığı ərazilərə hücumlar yağdırır. Təbii ki, Milli Ordumuz onların cavabını layiq olduğu formada verir. İnsanların dincliyinin pozulması, evlərinin, ərazilərin dağıdılması, yaşlıların, uşaqların yaralanması ermənilərin faşist simasının nişanəsidir. Bu uduzan, məğlub olan bir siyasətçinin, dövlət rəhbərlərinin etirazı deyil, ermənilərin növbəti təxribatıdır.

 

Ermənilərin işğal olunmuş ərazilərin qanunsuz məskunlaşdırmaq cəhdi iflasa uğradı-artıq heç kəs daim Azərbaycan Ordusunun hədəfində və atəş zonasında yerləşən ərazilərə köçmək haqda düşünməyəcək. Qarabağı tərk edən ermənilərin əksəriyyəti bir daha geri dönməyəcək. Hər an hərbi əməliyyatların bərpa olun biləcəyini anlayan erməni əhalisi Qarabağı tərk etməkdə davam edəcək. Ermənistanın və diasporanın işğal olunmuş ərazilərə qoyduğu investisiyalar havaya sovrulub və bundan sonra heç bir iş adamı bu ərazilərdə biznes qurmaq haqda düşünməyəcək.

 

Uzun illərdir ki, Ermənistan danışıqlar prosesində özünü üstün tərəf kimi aparmağa çalışır, şərtlər irəli sürür, beynəlxalq təşkilatların qərar və qətnamələrini, beynəlxalq ictimaiyyətin çağırışlarını qulaq ardına vurur, öz iradəsini diqtə etməyə çalışırdı. Həmin müddətdə həmsədr dövlətlər susmaqla, ermənipərəst mövqedə olduqlarını göstərirdilər. 10 günlük müharibə Ermənistanın hərbi-siyasi müstəvidə mövqeyini alt-üst etdi, onun iradəsini sarsıtdı, iqtisadiyyatını tam çökdürdü. Ağır zərbələr alaraq diz üstə çökdürülən Ermənistanın baş naziri hərbi əməliyyatların dayandırılması üçün müraciət etmədiyi ünvan, döymədiyi qapı, yalvarmadığı lider qalmadı.

 

Sentyabrın 27-də başlamış hərbi əməliyyatlar Azərbaycan Ordusunun tam qələbəsi ilə nəticələndi və bundan sonra ölkəmiz diplomatik cəbhədə də diqtə edən tərəf kimi çıxış edir. Azərbaycan hərbi sahədə əldə etdiyi böyük uğuru həm də diplomatik müstəviyə keçirdi. Ermənistanın danışıqları formatını dəyişdirmək və Dağlıq Qarabağdakı qondarma rejiminin danışıqlar prosesində tərəf kimi çıxış etməsinə nail olmaq, o cümlədən 1994-cü il Bişkek protokolunu əlində bayraq etmək iddiasının üzərindən birdəfəlik xətt çəkildi. Ermənistan etiraf etdi ki, bu münaqişədə tərəf olan Dağlıq Qarabağdakı qondarma rejim deyil, məhz Ermənistan dövlətidir. Ermənistan baş naziri artıq 7 şərt irəli sürmür, ona diqtə edilən şərtləri qəbul etmək zorundadır. Bu gün danışıqlar prosesində məhz Azərbaycan öz iradəsini diqtə edir və şərt irəli sürür.

 

Azərbaycanın öz torpaqlarını azad etmək üçün başladığı əks-hücum Dağlıq Qarabağ probleminin həlli məsələsini dünya birliyi üçün prioritetlər sırasına gətirdi. Artıq beynəlxalq vasitəçilər münaqişənin donmuş vəziyyətdə qalmasının yolverilməzliyini anlayır. Bu isə Ermənistana diplomatik təzyiqlərin artmasını qaçılmaz edir. Bu gün danışıqlar prosesində status-kvo, cəbhədə təmas xətti kimi anlayışlar yoxdur. Azərbaycan uzun illər mövcud olmuş status-kvonu aradan qaldırdı, təmas xəttini ləğv etdi.

 

Oktyabrın 9-da Rusiyanın vasitəçiliyi ilə elan olunmuş iki günlük atəşkəs humanitar xarakter daşıyır, hər iki tərəfə vəfat etmiş hərbçilərin cəsədlərini təhvil vermək imkanı yaradır. Bu birinci mərhələdir. Hərbi müstəvidə əldə edilmiş nailiyyətlərin diplomatiya və siyasi müstəviyə daşınmasıdır. Əgər Ermənistan bundan sonra yenə qoşunların çıxarılması istiqamətində addımlar atmayacaqsa, hərbi əməliyyatlar həmən bərpa oluna bilər.

 

Danışıqlar baza prinsiplərinə əsaslanmalı, BMT TŞ-nin qətnamələri və Helsinki yekun aktının tələbləri əsas götürülməli, Ermənistan irəli sürülmüş tələbləri icra etməli, qoşunların işğal olunmuş ərazilərdən çıxarılması qrafikini təqdim etməlidir. Həmsədrlər də fəaliyyətini bu istiqamətdə qurmalıdırlar.

 

Türkiyə həmişə Azərbaycan tərəfindədir və Azərbaycanın öz torpaqlarının geri alınması üçün dəstəyini ifadə edir. Türkiyə həm də region dövləti olaraq danışıqlar prosesində və münaqişənin hərtərəfli həlli prosesində öz rolunu oynamalıdır. Ermənipərəst dövlətlərin onlara havadarlıq etməsinə və Azərbaycanı təkləməsinə artıq son qoyulmalıdır. Haqq-ədalət Azərbaycan tərəfindədir.

 

Qarşıdan gələn iki gün Ermənistana mövcud reallığa adekvat addımlar atmaq, iddialarından geri çəkilmək, işğal siyasətinə son qoymaq, münaqişənin beynəlxalq hüquq çərçivəsində həlli istiqamətində real addımlar atmaq üçün son şansdır.

 

Çünki, Qarabağ Azərbaycandır!

 

Mayıl İsmayılov,

MDU-nun dosenti