Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-10-17 15:18:00
AzTU-nun I kurs tələbələri universitetlə tanış olub - FOTO

12 - 15 oktyabrda Azərbaycan Texniki Universitetinin (AzTU) I kurs tələbələri dörd gün ərzində müxtəlif ixtisaslar üzrə kiçik qruplarda xüsusi hazırlanmış proqram əsasında universitetlə tanış olub.

 

Universitetdən AzEdu.az-a verilən məlumata görə, ilk olaraq rektor Vilayət Vəliyev yüksək nəticə göstərən I kurs tələbələrini universitetin həyətində salamlayıb, AzTU-ya qəbul olmaları münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb. Rektor Rəşadətli Azərbaycan Ordusunun qalibiyyətlə torpaqlarımızı düşməndən azad etdiyi bir dövrdə COVID-19 infeksiyasına qarşı daha diqqətli olmaq, müəllim və tələbələrin sağlamlığını qorumaq üçün mütləq şəkildə pandemiyanın qaydalarına əməl etmək və koronavirusa birlikdə qalib gəlməyin vacibliyini vurğulayıb. Bundan başqa, tələbələrə universitet haqqında məlumat verilib, onların seçdikləri ixtisasın, o cümlədən tədrisin aparılması xüsusiyyətləri və digər vacib məqamlar diqqətə çatdırılıb, dərslərin bu semestr ərzində məsafədən təşkil olunacağı bildirilib.

 

Sonra tələbələr 3 saat ərzində xüsusi hazırlanmış proqram əsasında AzTU ilə tanış olub. Tələbələrə universitetin elektron tədris sistemindən və onlayn dərslərin təşkili üçün "Microsoft Times" platformasından istifadə qaydaları öyrədilib. Tələbələrə tədisin təşkili və etik davranış qaydalarına aid kitabçalar təqdim edilib. Universitetin rektoru 4 gün ərzində ayrı-ayrı fakültələr üzrə ən yüksək bal toplayan 3 tələbəni valideynləri ilə birlikdə qəbul edib, onlara hədiyyələr təqdim edib.