Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-10-13 14:15:00
Doktoranturaya xarici dil üzrə qəbul imtahanına qeydiyyat davam edir

2020-2021-ci tədris ili üçün doktoranturaya və dissertanturaya xarici dil üzrə qəbul imtahanında iştirak üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən oktyabrın 9-da elan olunmuş qeydiyyat davam edir.

 

Mərkəzdən AzEdu.az-a verilən məlumata görə, imtahanda iştirak etmək üçün qeydiyyat oktyabrın 20-dək aparılacaq. Bu müddət ərzində 2020-ci ilin sentyabr-oktyabr aylarında ali təhsil müəssisələrində, elmi müəssisə və təşkilatlarda keçirilən sənəd qəbulu kampaniyası dövründə doktorantura və dissertanturaya qəbul olunmaq üçün sənədlərini Azərbaycan Respublikasının doktoranturalar yaradılmış ali təhsil müəssisələrinə, elmi müəssisə və təşkilatlarına təqdim etmiş iddiaçılar DİM-in internet saytında “Şəxsi kabinet” yaratmalı və xarici dil üzrə imtahanda iştirak etmək üçün qeydiyyatdan keçməlidirlər. Bu günə olan məlumata görə, imtahanda iştirak etmək üçün 221 nəfər (Azərbaycan bölməsi - 197, rus bölməsi – 24) ərizəsini təsdiqlədib. İmtahanda iştirak ödənişlidir. Namizədlər ekabinet.dim.gov.az internet səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra həmin kabinetin pul hesabına imtahanda iştirak üçün tələb olunan 90 (doxsan) manat məbləğində pul vəsaitini (xarici dil imtahanından azad olunanlar istisna olmaqla) əlavə etməlidirlər. Qüvvədə olan müvafiq xarici dil sertifikatına malik namizədlər xarici dil imtahanından azad olunur və ərizənin təsdiqi zamanı heç bir ödəniş etmirlər. Digər namizədlər ərizələrini təsdiq edərkən onların şəxsi kabinetinin pul hesabından tələb olunan məbləğ (90 manat) silinir.

 

Xatırladaq ki, doktoranturaya və dissertanturaya xarici dillər üzrə qəbul imtahanı proqramları Azərbaycan və rus dillərində, həmçinin imtahanının məzmunu və strukturu haqqında məlumat DİM-in internet saytında yerləşdirilib. Xarici dillər üzrə qəbul imtahanının tarixi haqqında yaxın günlərdə məlumat veriləcək.

Məktəb psixoloqonun stolüstü
kitabı
Bağçalarla bağlı zəruri vəsait
ÇOX OXUNANLAR
SORĞU
"İlin gənc müəllimi"nin qalibi olaraq kimi görürsünüz?
Səs ver
FACEBOOK