Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-10-05 12:19:00
Cəbrayıl RTŞ-in rəhbəri: “Adımız təhsil tarixinə qızıl hərflərlə yazılıb”  

 

 

“Cəbrayıl rayonu təhsil göstəricilərinə görə Respublika üzrə 27-ci yerdədir.  2019-2020-ci ilin qəbul göstəriciləri yüksəkdir. Bu il 14 nəfər abituriyentimiz  600-dən yuxarı bal topladı. Ümumilikdə isə 388  abituriyent ali məktəbə qəbul olundu”.

 

 

Bunu AzEdu.az-a   açıqlamasında Cəbrayıl Rayon Təhsil şöbəsinin müdiri Zamiq Qurbanov bildirib.

 

 

O, cəbrayıllıların təhsil şöbəsinə müraciətlərindən və işğaldan azad olunan bölgələrdəki gələcək fəaliyyətindən də danışdı:

 

 

“Dünən 4 oktyabrda Cəbrayıl rayonu Azərbaycan silahlı qüvvələrinin nəzarəti altına keçdi.  Cəbrayıllıların  təəssüratlarını sözlə ifadə etmək mümkün deyil.  Rayon təhsil şöbəsinə dünəndən zəng edənlərin hamısı göz yaşıyla öz sevincini bizimlə bölüşürlər.

 

 

Cəbrayıl əzəldən ziyalılar ocağı olub. Rayonumuz Azərbaycan Respublikasına 2 Təhsil Naziri verib: Mehdi Mehdizadə və Tofiq Hacıyev. Mehdi Mehdizadənin adı Azərbaycanın təhsil tarixində qızıl hərflərlə yazılıb. Arzu edirəm ki, tezliklə  işğaldan azad olunan kəndlərimizə qayıdaq və orada məktəblərimiz fəaliyyətə başlasın. Ən əsası 27 il Cəbrayıldan kənarda yaşayan insanlarımızın həsrətinə son qoyulsun”.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları