Azedu.az

TN:Ali təhsil müəssisələrində distant təhsil yaranmış vəziyyətlə əlaqədar dayandırılıb

30 Sentyabr 2020, 17:01
TN:Ali təhsil müəssisələrində distant təhsil yaranmış vəziyyətlə əlaqədar dayandırılıb

“Ali təhsil müəssisələrində distant təhsil yaranmış vəziyyətlə əlaqədar dayandırılıb”.

 

AzEdu.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev nazirliyin brifinqində deyib.

 

O, ölkədə hərbi vəziyyətlə əlaqədar internetin verilməsində məhdudiyyətlərin distant təhsilə təsir göstərdiyindən söz açıb:

 

“Distant təhsilin tam olaraq təşkilində çətinliklər yaşayırıq. Bizi anlayışlı şəkildə başa düşməyinizi xahiş edirəm. Ali təhsil müəssisələrində bu semestr distant  formada tamlanacaq. 1 oktyabrdan tələbə adını qazanan şəxslər universitetlərə müraciət edə bilərlər. Planımızdan kənarda qalan yeganə məsələ distant təhsilin təşkilində yaranan problemdir.Digər hər şey qaydasındadır”.

 

Qeyd edək ki, 1 oktyabrdan ali təhsil müəssisələrində 1-ci kursların təhsilinə start verilir.

 

 

 

 

 

 

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox