Dövlət İmtahan Mərkəzi (DİM) 2020/2021-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrini elan edib.
AzEdu.az II tur üzrə ixtisas qrupları üçün boş qalan plan yerlərini təqdim edir: I ixtisas qrupu üzrə təxminən 1700 yer, II ixtisas qrupu üzrə təxminən 3000 yer, III ixtisas qrupu üzrə təxminən 300 yer, IV ixtisas qrupu üzrə təxminən 550 yer, V ixtisas qrupu üzrə təxminən 30 yer boş qalıb.
Qeyd edək ki, boş qalan yerlər üzrə əlavə ixtisas seçimlərinin təsdiqi sentyabrın 26-dan 30-dək internet vasitəsilə aparılacaq. Plan yerlərinin dəqiq sayı Ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinin siyahısı “Abituriyent” jurnalının 8-ci sayında dərc olunacaqdır.