Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-09-23 16:17:00
“Virusun yayılmasına səbəb valideynlər olacaq” –Sərt münasibət

 

 

“Valideynlər övladlarını məktəbin həyətinə yola saldıqdan sonra maskasız və 5-10 nəfərlik qruplar şəklində söhbət edirlər”.

 

Bu sözləri AzEdu.az-a açıqlamasında təhsil eksperti Adil Vəliyev deyib.

 

O, məktəblərdə COVİD-19-a yoluxmada artımı şərh edib:

 

“Çox təəssüf ki, 2020-2021 tədris ilinin ilk həftəsində belə bir xəbəri almaq heç xoş olmadı. Bu rəqəm kifayət qədər böyük və təhlükəlidir. Bu insanların bir gündə neçə nəfərlə ünsiyyətdə olduğunu düşünəndə qısa vaxtda əvvəlki vəziyyətə qayıtmağımızın qaçınılmaz olduğunu görürük. Mən daha öncədən də qeyd etmişdim ki, məktəblər açılarsa, virus yenidən yayılacaq və buna səbəb valideyinlər olacaq. Mən də valideyinəm,səhərlər övladımı məktəbə apararkən orada qabaqlayıcı tədbirlərin olduğunu görürəm. Təəsüf ki, məktəbin həyətində valideyinlər övladlarını  yola saldıqdan sonra maskasız və 5-10 nəfərlik qruplar şəklində söhbət edirlər. Bu xəstəliyin yayılması üçün kifayət qədər şərait yaradır. Universitetlərdə dərslərin başlamaması ən doğru qərar idi. Bu ilin sonuna kimi məktəblərdə və universitetlərdə dəsrslər online səkildə aparılmalıdır.Əks halda bunun qarşısını almaq üçün çətin günlərə təkrar qayıdacayıq”.

 

Qeyd edək ki, Təhsil Nazirliyi bütün şagirdləri, valideynləri, müəllimləri və işçi heyətini sosial məsafəni qorumağa, şəxsi gigiyenik vasitələrdən mütəmadi olaraq istifadə etməyə və sanitar-gigiyenik qaydalara əməl etməyə çağırır.

 

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları