Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-09-22 15:27:00
Tədrisin durumunu Operativ Qərargah və TƏBİB müəyyən edəcək –  Nazirliyin direktor müavini

 

 

“Tədrisin forması Operativ Qərargah və TƏBİB-in birlikdə verdiyi qərar əsasında müəyyən ediləcək”.

 

Bu sözləri AzEdu.az-a açıqlamasında Təhsil İnstitutunun direktor müavini Ənvər Abbasov deyib.

 

O, yeni tədris ilində koronavirusa yoluxmada müşahidə edilən artımla bağlı fikirlərini bildirib:

 

“Düşünürəm ki, ənənəvi təhsil hələ də davam etməlidir.Demək olmaz ki, xəstəliyin sayı artıb və yoluxanlar çoxalıb. Onların sayının artacağını proqnoz etmək də düzgün olmazdı. Hər şey işin gedişatındən asılıdı. Biz çalışırıq ki, xəstələrin sayı azalsın  və daha tez ənənəvi tədrisi bərpa edək. Bu məsələ ilə məşğul olan təşkilatlar var. Tədrisin forması Operativ Qərargah və TƏBİB-in birlikdə verdiyi qərar əsasında müəyyən ediləcək.

 

Mən onu deyə bilərəm ki, təhsil sistemində  qaydaları gözləyək xəstələrin sayını azalda bilərik. Respublikada xəstələrin sayı azalsın  və  məktəblərimiz də tez açılsın. Qaydaları  daha ciddi şəkildə gözləməliyik. Çünki təhsil sistemində  yerinə yetirilməli  prosedur qaydaları müəyyən olunub və göstəriş verilib. Biz daha yaxşı bu qaydalara əməl etsək , tədrisin davamlılığına nail ola bilərik”.

 

 

Qeyd edək ki,  dərs ili başlayandan 21 sentyabradək 95 şagird və 26 işçi heyəti olmaqla 121 nəfərdə koronavirus aşkarlanıb. Həmin şagirdlərin əksəriyyəti yuxarı siniflərdə təhsil aldıqları üçün ümumi təhsil müəssisələrinə gəlməyiblər. Bu şəxslər ümumilikdə 346 nəfərlə təmasda olublar.

 

 

 

Təhsil Nazirliyi bütün şagirdləri, valideynləri, müəllimləri və işçi heyətini sosial məsafəni qorumağa, şəxsi gigiyenik vasitələrdən mütəmadi olaraq istifadə etməyə və sanitar-gigiyenik qaydalara əməl etməyə çağırır.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları