https://www.zirve.edu.az/
15.09.2020 16:53
Məktəbdənkənar təhsil müəssisələrində dərnəklərin təşkilinə başlanılır

2020-2021-ci tədris ili çərçivəsində cari ilin 15 sentyabr tarixindən başlayaraq Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən məktəbdənkənar təhsil müəssisələrində onlayn qaydada tədrisin təşkilinə başlanılır.

 

Nazirlikdən AzEdu.az-a verilən məlumata görə, uşaq və gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların yaradıcılıq qabiliyyətləri və fiziki imkanlarının inkişafı məqsədilə fəaliyyət çərçivəsində uşaq-gənclər inkişaf mərkəzlərində təsviri incəsənət, dekorativ-tətbiqi sənət, xoreoqrafiya, musiqi, bədii və texniki yaradıcılıq, turizm və diyarşünaslıq, ekologiya və intellekt istiqamətləri üzrə dərnəklərin, uşaq-gənclər idman-şahmat məktəblərində idmanın 29 növü üzrə qrupların fəaliyyəti nəzərdə tutulur.

 

Sözügedən dərnək və qruplara qeydiyyat üçün məktəbdənkənar təhsil müəssisələrinə müraciət edə bilərsiniz.

 

Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən məktəbdənkənar təhsil müəssisələri haqqında məlumatı burdan əldə etmək mümkündür: Məktəbdənkənar təhsil müəssisələri

 

Qeyd edək ki, yaxın günlərdə məktəbdənkənar təhsil müəssisələrinin dərnək və qruplarına onlayn qaydada qeydiyyatın aparılması üçün elektron sistemin istifadəyə verilməsi planlaşdırılır