https://www.zirve.edu.az/
27.08.2020 15:31
Azərbaycanlı tələbələr xaricdə təhsil almaq hüququ qazanıblar

Hökumətlərarası Təqaüd Proqramları (HTP) çərçivəsində 2020-2021-ci tədris ili üzrə Macarıstanda 193, Latviyada 8, Çində isə 21 nəfər təhsil alacaq.

 

AzEdu.az xəbər verir ki, Təhsil Nazirliyindən verilən məlumata görə, Macarıstan, Çin və Latviya hökumətləri tərəfindən namizədliyi təsdiq olunan tələbələr təhsilini bu ölkələrin aparıcı ali təhsil müəssisələrində, bakalavriat, baza ali tibb təhsili, magistratura və doktorantura səviyyələrində davam etdirəcəklər.